Emin Əmrullayev: Bəzi qəzalı məktəblər üzrə işlər mərhələli şəkildə davam etdirilir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 10 may, AZƏRTAC
Ölkəmizdə fəaliyyət göstərən 4200-ə qədər məktəbin 90 faizi son 20 ildə ya tikilib, ya da əsaslı təmir olunub. Bəzi qəzalı məktəblər üzrə isə işlər mərhələli şəkildə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, hazırda prioritet böyük və daha çox şagirdi əhatə edən məktəblərin təmiri və yenidən qurulmasıdır.
Nazirin sözlərinə görə, kiçik məktəblər üçün modul tipli binaların tikintisi həyata keçirilir. Bu il müxtəlif bölgələrdə 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur.
Müxbirlər - Gülay Nəzərova, Göyçək Mahmudlu
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - İlham Nadirov
Bu mövzuda digər xəbərlər:Emin Əmrullayev: Repetitorluq mərhələli şəkildə ləğv ediləcək
06 Fevral 2025 16:06
“Mərhələli şəkildə 20 min tamştat müəllim vəzifəsi yaradılacaq” Emin Əmrullayev
20 Noyabr 2025 22:54
Emin Əmrullayev: Məktəblərdə sistematik şəkildə pul YIĞILMIR
10 Dekabr 2024 13:57
Emin Əmrullayev: Məktəblərdə sistematik şəkildə pul yığılmır
10 Dekabr 2024 14:07
Baxış sayı:151
Bu xəbər 10 May 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















