Emin Əmrullayev: Biz istəyirik ki, xaricdə təhsil alanlar sonradan ölkəyə qayıtsınlar
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"2025-2026-cı tədris ili üçün xaricdə təhsillə bağlı bizə mindən artıq müraciət daxil olub".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, onların üçdəbiri dünyanın TOP-10 universitetlərinə daxil olan azərbaycanlı tələbələrdir:
"Bu böyük nailiyyətdir. Çünki 300-dən artıq şəxsin dünyanın ən yaxşı 10 universitetində təhsil alması təhsil sistemi üçün, insan inkişafı nöqteyi-nəzərdən çox vacib nailiyyətdir.
Biz istəyirik ki, xaricdə təhsil alanlar sonradan ölkəyə qayıtsınlar.
Azərbaycan uzun müddət qara qızıldan asılı olub. Biz artıq qara qızıl kapitalını insan kapitalına çevirmək ərəfəsindəyik. Azərbaycanın ən böyük sərvəti elə onun insanlarıdır".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 24 İyun 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















