Icma.az
close
up
RU
Emin Əmrullayev təhsil idarəçiliyində strateji baxış mövzusunda təcrübəsini bölüşüb

Emin Əmrullayev təhsil idarəçiliyində strateji baxış mövzusunda təcrübəsini bölüşüb

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Martın 17-də Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Danışır təcrübə” layihəsi çərçivəsində baş tutan sayca 10-cu görüşün qonağı elm və təhsil naziri Emin Əmrullayev olub.

Bu barədə APA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazir çıxışına başlamazdan əvvəl görüş iştirakçılarını Torpaq çərşənbəsi münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

“Təhsil idarəçiliyində strateji baxış və şəxsi liderlik təcrübəsi” mövzusunda çıxış edən nazir öz peşəkar fəaliyyət yolu və bu müddət ərzində qazandığı təcrübələr barədə iştirakçılarla fikirlərini bölüşüb.

Nazir çıxışında uğur anlayışına da toxunaraq qeyd edib ki, uğurlu olmaq hər bir insan üçün fərdi məna daşıyır, uğur yalnız nəticə ilə deyil, eyni zamanda insanın özünü xoşbəxt və faydalı hiss etməsi ilə ölçülür. Emin Əmrullayev vurğulayıb ki, uğurlu olmağın əsas komponentləri sırasında fərdi bacarıqlar və fitri istedadla yanaşı, ən vacib amillərdən biri mühitdir. Nazir sağlam və inkişafyönümlü mühitin formalaşmasının həm fərdi inkişafda, həm də peşəkar uğurun əldə olunmasında həlledici rol oynadığını qeyd edib.

Görüş zamanı eyni zamanda qərarvermə prosesində məsuliyyət, öyrənmə bacarığı, davamlı inkişaf və komanda ilə işləməyin əhəmiyyəti kimi məsələlərə də toxunulub.

İnteraktiv formatda keçirilən görüş çərçivəsində iştirakçıların sualları cavablandırılıb və açıq müzakirələr aparılıb.

Qeyd edək ki, “Danışır təcrübə” layihəsinin əsas məqsədi müxtəlif sahələrdə uzunillik təcrübəyə malik peşəkarların iştirakı ilə nazirliyin və tabeli qurumların əməkdaşları üçün praktik bilik və bacarıqların paylaşılması, onların şəxsi və peşəkar inkişafına töhfə verməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Mart 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri