Emin Əmrullayevin şagirdlərlə bağlı fikirlərinə deputatdan REAKSİYA
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Elm və Təhsil naziri Emin Əmrullayev Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib ki, Azərbaycanda şagirdlərin təxminən üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır.
Nazir vurğulayıb ki, beynəlxalq qiymətləndirmələrin nəticələri ölkədə təhsilin əsas istiqamətlərinin gücləndirilməsinin vacibliyini göstərir:
"Statistik göstəricilər aydın göstərir ki, təxminən hər üç şagirddən biri minimal savadlılıq tələblərini ödəmir. Bu isə gələcəkdə innovasiya və sahibkarlıqdan danışmazdan əvvəl funksional savadlılığın təmin olunmasının əsas prioritet olduğunu göstərir".
Nazirin bu fikrinə etiraz edən Millət vəkili Ceyhun Məmmədov Bizim.Media-ya deyib ki, o elə düşünmür:
“Mən hesab edirəm ki, məsələyə bu cür yanaşmaq doğru deyil. Bu rəqəm hansı araşdırmaya əsasən deyilir, bilmirəm. Belə bir fikir söyləmək üçün ciddi əsaslar olmalıdır. Həmin əsasların da nədən qaynaqlandığı deyilməlidir.
Mən hesab edirəm ki, Azərbaycan gəncləri böyük potensiala malikdir. Onlar çox qabiliyyətli və bacarıqlıdırlar. Ona görə də gənclərimiz haqqında bu cür fikirlərin söylənilməsinin tərəfdarı deyiləm.
Eyni zamanda, bu cür məsələlərdə daha diqqətli və daha məsuliyyətli olmalıyıq. Burada məsələnin mahiyyəti və xüsusiyyəti fərqlidir. Yaxşı olardı ki, şagirdlərlə daha yaxşı işləməyin yolları tapılsın. Məktəblərdə təhsilin səviyyəsini qaldırmaq üçün daha çox işləməliyik”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















