Icma.az
close
up
RU
Emin Həsənli Türkiyənin hərbi yönümlü QHTlərinin rəhbərləri ilə görüşüb

Emin Həsənli Türkiyənin hərbi yönümlü QHTlərinin rəhbərləri ilə görüşüb

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin Türkiyənin hərbi yönümlü QHT-ləri ilə uzun müddətli sıx əməkdaşlıq əlaqələri var.

2014-cü ildən başlayan bu əməkdaşlıq çərçivəsində hər il qarşılıqlı şəkildə səfərlər təşkil edilir.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin və “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli qardaş ölkənin paytaxtı Ankara şəhərində hərbi yönümlü təşkilatların mərkəzi ofisində olub və təşkilat sədrləri ilə görüşüb.

İlk görüş Türkiyə Maarif Qazilər Dərnəyinin rəhbəri ilə olub. Bu dərnək İstiqlal savaşı qazilərini, Koreya və Kipr müharibələrinin iştirakçılarını özündə birləşdirir. Türkiyənin 4 hərbi yönümlü təşkilatlarından biri olan qurum 1984-cü ildə yaradılıb və ölkədə böyük nüfuza malikdir.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli hər zaman olduğu kimi, bu dəfə də təşkilatın sədri Bəyazit Yumuq və İdarə Heyəti üzvləri tərəfindən böyük hörmət və ehtiramla qarşılandığını bildirib: “Görüş zamanlı bir çox önəmli məsələlər müzakirə edildi. Qarşılıqlı əlaqələr, Türkiyə-Azərbaycan qazilərinin hər il davamlı olaraq səfərlərinin təşkili, Türkiyənin haqq işinə Azərbaycanın, Azərbaycanın haqq işinə Türkiyənin dəstək verməsi, müsbət təcrübələrin qarşılıqlı mübadiləsi kimi önəmli əməkdaşlıq məsələləri müzakirələrin başlıca mövzusu oldu”.

Emin Həsənli səfər çərçivəsində Türkiyə Təqaüddə olan Zabitlər Dərnəyinin (Türkiye Emekli Subaylar Derneği - TESUD) mərkəzi qərargahında da olub, qurumun rəhbəri, general-polkovnik Ərdoğan Karakuşla görüşüb: “Uzun müddət Türkiyə Silahlı Qüvvələrinin Hava Qoşunlarında yüksək vəzifələrdə xidmət göstərmiş Ərdoğan Karakuş bu gün Türkiyənin ən önəmli hərbi ekspertlərindən biridir. Görüşdə Ərdoğan Karakuş Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində çox böyük zəfər əldə etdiyini, bu zəfərin bütün Türk dünyası üçün qürürverici olduğunu vurğuladı. Ərdoğan Karakuş dedi ki, Azərbaycanın öz torpaqalrını işğaldan azad etmək üçün hər cür fədəkarlığa hazır olduğunu bütün dünya gördü, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həm diplomatik, həm də hərbi cəbhədə çox böyük uğurlar əldə edildi. Ərdoğan Karakuş hərbi ekspert kimi Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların hərb tarixində özünəməxsus yeri qoyduğunu söylədi. Görüş zamanı Ərdoğan Karakuş dünyada baş verən hadisələrə, o cümlədən, Rusiya-Ukrayna müharibəsinə də toxundu, COP29 kimi dünya səviyyəli bir tədbirin Azərbaycanda keçirilməsinin böyük hadisə olduğunu bildirdi, dedi ki, Azərbaycanın dünya səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəsi var, bu, böyük iradə, böyük məharət və böyük diplomatik bacarıq tələb edir.

Söhbət zamanı Ümummilli lider Heydər Əliyevin həm Azərbaycan, həm də bütövlükdə türk dünyası qarşısındakı xidmətlərinə toxunan Ərdoğan Karakuş bu gün həmin ideyaların Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq ən yüksək səviyyədə davam etdirildiyini vurğuladı. Görüşdə Azərbaycan-Türkiyə qardaşlığının həm prezidentlər, həm də xalqlarımız, eləcə də hər iki ölkədə fəaliyyət göstərən QHT-lər, media və idman ictimaiyyəti səviyyəsində davam etdiyi xüsusi qeyd olundu”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri