Emin Hüseynov: Ağdama ilk qatarın fəaliyyətə başlaması azad edilmiş ərazilərə Böyük Qayıdışın vacib simvoludur
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı-Ağdam-Bakı marşrutu üzrə ilk qatarın fəaliyyətə başlaması azad edilmiş ərazilərə Böyük Qayıdışın çox vacib simvoludur.
"APA-Economics" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ağdam Avtovağzal və Dəmir Yolu Vağzalının digər özəlliyi ondan ibarətdir ki, ölkədə ilk dəfə olaraq qatar daxili platformaya daxil olur.
"Bu gün Bakı-Ağdam qatarı ilk dəfə fəaliyyətə başlayıb. Həqiqətən xalqımız, Azərbaycan üçün çox böyük sevicli bir gündür", - Emin Hüseynov qeyd edib.
O əlavə edib ki, artıq Ağdamdan şəhərindən azad edilmiş digər ərazilərə avtobus reyslərinin açılması ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən işlər aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 30 Avqust 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















