“Emin “Kəpəz”lə oyunda dəqiq olmayacaq, “Turan Tovuz”la oyunda da...” “Neftçi” rəsmisi sabiq kapitanın durumunu açıqladı
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Ölkəmizin əsas yığmasının toplanışında zədələnən Emin Mahmudov hələ də “Neftçi”nin məşqlərinə qoşulmayıb. Artıq ikinci dövrənin başa çatmasına iki tur qalsa da, sabiq kapitanla bağlı dəqiq xəbər yoxdu. Bu da, təbii ki, “ağ-qara” azarkeşlərində narahatlıq yaradır.
Gözlər isə “Kəpəz” və “Turan Tovuz” ilə oyunlara yönəlib. Bəs Mahmudov qərb komandalarına qarşı meydana çıxa biləcəkmi? Sualı “Neftçi”nin Media üzrə əlaqələndiricisi Rüstəm Əfsərli belə cavabladı:
“Emin “Kəpəz”lə oyunda dəqiq olmayacaq. “Turan Tovuz”la görüşdə də qayıtmaq ehtimalı çox aşağıdı. Yəni komanda ilə məşqlərə qoşulmur, fərdi məşq edir. Durumu belədi. Əzələsində problemlər var”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:“Səbail” “Turan Tovuz”la, “Sabah” “Kəpəz”lə üzüzə
09 Noyabr 2024 09:16
“Şamaxı” “Kəpəz”lə, “Turan Tovuz” “Qarabağ”la qarşılaşır
17 Oktyabr 2025 12:15
“Neftçi” “Turan Tovuz”la bacarmadı
21 Dekabr 2024 18:40
Turan Tovuz Kəpəz lə heç heçə etdi
07 Noyabr 2025 22:56
“Turan Tovuz”la “Neftçi”dən heçheçə
21 Dekabr 2024 18:16
Baxış sayı:72
Bu xəbər 13 Dekabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















