Emin Mahmudov: Azərbaycan millisində ən çox qol vuran futbolçu olduğum üçün xoşbəxtəm
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Emin Mahmudov Azərbaycan millisində ən çox qol vuran futbolçu olduğu üçün xoşbəxtdir.
"Report" xəbər verir ki, milli komandanın kapitanı bunu DÇ-2026-nın seçmə mərhələsində Bakıda Ukraynaya qarşı keçirilən oyunundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
"Rekordu yeniləmək üçün çox əziyyət çəkdim. Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm", - o vurğulayıb.
Millinin kapitanı müvəqqəti baş məşqçi Ayxan Abbasov barədə də fikirlərini bölüşüb:
"O, qısa zamanda yığmada nəyisə dəyişə bilməzdi. Bizə stimul olmaq üçün bəzi sözlər dedi. İnanıram ki, növbəti matçlarda da uğurlu nəticələr qazanacağıq".
Qeyd edək ki, Ukrayna ilə görüşdə penaltidən fərqlənən Emin Mahmudov 15 qolla millinin ən məhsuldar futbolçusu olub. İkinci pillədə qərarlaşan Qurban Qurbanovun hesabında 14 qol var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 09 Sentyabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















