Emin Mahmudov zədələndiyi üçün Azərbaycan millisinin heyətindən çıxarılıb
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
AFFA-dan verilən məlumata görə, Emin Mahmudov zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Zirə"nin yarımmüfadiəçisi İsmayıl İbrahimli milliyə dəvət alıb.
Qeyd edək ki, Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığması, noyabrın 19-da isə Solnada İsveç seçməsi ilə qarşılaşacaq.




