Emin Rusiyadakı konsertini təxirə salır? FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Xalq artisti Emin Ağalarovun 3 gün sonra Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində baş tutacaq konserti təxirə salınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə instaqramda “Emin_live” səhifəsində poster paylaşılıb.
Posterdə bu il iyulun 6-da keçirilməsi nəzərdə tutulan konsertin 5 iyul 2026-cı ilə təxirə salındığı qeyd olunub. Həmçinin bildirilib ki, alınmış biletlər həmin konsert üçün etibarlı olacaq. Amma zərurət yaranarsa, satış nöqtələrinə geri qaytarıla da bilər.
Ehtimal olunur ki, konsertin təxirə salınması ilə bağlı qərar ötən gün Rusiyada Emin Ağalarovun atası, milyarder Araz Ağalarov barəsində məhkəmə icraatına başlanılması xəbərinin yayılmasından sonra verilib.
E.Ağalarovun rəsmi sosial şəbəkə hesablarında isə bu haqda hər hansı paylaşım edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 03 İyul 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















