Icma.az
close
up
RU
Emin Rusiyadakı konsertini ləğv etməsinin səbəbini açıqladı YENİLƏNİB

Emin Rusiyadakı konsertini ləğv etməsinin səbəbini açıqladı YENİLƏNİB

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Xalq artisti Emin Ağalarov Kalininqradda keçirilməsi planlaşdırılan konsertinin təxirə salınmasının səbəbini açıqlayıb.

"Unikal" xəbər verir ki, "RBK"ya danışan Ağalarov konsertinin "iş qrafikində dəyişiklik" səbəbindən təxirə salındığını bildirib. 

"Bu məkan regionda ən populyardır, ona görə də biz yaxın tarixləri razılaşdıra bilmədik. Tədbiri gələn ilə təxirə salmaq qərarına gəldik. Mən Svetloqorska gəlməyi çox istəyirəm. Konsert mütləq 2026-cı ildə baş tutacaq", - deyə müğənni qeyd edib.

Qeyd edək ki, konsert iyulun 6-da Kalininqrad vilayətinin Svetloqorsk şəhərindəki Yantar zalında baş tutmalı idi. Şou-proqram 5 iyul 2026-cı ilə qədər təxirə salınıb.

Bundan əvvəl Rusiya Mədəniyyət Nazirliyi Azərbaycan vətəndaşlarının Rusiyada mədəni tədbirlərdə iştirakına qadağa qoyulmasını təkzib etmişdi.

“Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimovanın “Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasının ərazisində mədəni tədbirlərdə iştirakının və musiqi məzmununun yayılmasının məhdudlaşdırılması ilə bağlı tövsiyələrin təsdiq edilməsi haqqında” əmr imzalaması barədə yayılan məlumat tamamilə yanlışdır”, - deyə idarədən bildirilmişdi. 

*** 09:34

Xalq artisti Emin Ağalarov Rusiyada planlaşdırılan konsertini təxirə salıb.

"Unikal" xəbər verir ki, iş adamı iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi.

Emin özü məlumat yayaraq konsertin 2026-cı il iyulunda keçiriləcəyini yazıb. 

Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Denis Maydanov bildirib ki, Rusiya Emin Ağalarovun və digər azərbaycanlı sənətçilərin və musiqiçilərin konsertlərinə qadağa qoymayacaq.

Onu da deyək ki, Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) azərbaycanlı iş adamı Araz Ağalarova qarşı icraata başlayıb.

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 İyul 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri