Icma.az
close
up
RU
Emin və onun kimilərin yalnız bir məqsədi var

Emin və onun kimilərin yalnız bir məqsədi var

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


"Münhen Təhlükəsizlik Konfransının keçirildiyi məkanın qarşısında durub Azərbaycan rəsmi nümayəndə heyətinə sual verməyə cəhdlə gündəmə gəlməyə çalışan Emin Hüseynova Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanımın cavabı yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, özünü müstəqil mətbuat təmsilçisi kimi qələmə verməyə çalışan bu şəxsin məqsədi əslində hər kəs üçün məlum idi:
"Aldığı tapşırığa uyğun olaraq təxribatçı mövqe sərgiləmək və özünü kimlərəsə sübut etmək istəyi. Lakin Mehriban xanımın tərs şillə effekti yaradan açıqlaması onun bütün planlarının üstündən xətt çəkdi.
2014-cü ildən etibarən külli miqdarda mənimsəməyə görə axtarışda olan və Azərbaycandan qaçmaq üçün xarici ölkə səfirliyində gizlənməyə cəhd edən Emin Hüseynovun səfirliyə qadın paltarı geyinərək girdiyi yəqin ki, çoxlarının yadındadır. O bunun unudulduğunu düşünsə də Mehriban xanım tərəfindən bu faktın onun diqqətinə çatdırılması Emin üçün əsl şok effekti yaratdı".
Politoloq qeyd edib ki, ölkə ərazisində konkret cinayət əməllərinə görə axtarışda olan şəxslərin özlərini jurnalist, bloqer, azad mətbuat təmsilçisi kimi təqdim edərək xarici ölkələrdə sığınması yeni hal deyil:
"Hər kəs də bilir ki, Emin və onun kimilərin yalnız bir məqsədi var. Ayrı-ayrı anti-Azərbaycan dairələrindən alınan sifarişlər əsasında Azərbaycanla bağlı mənfi fikirlərin formalaşdırılması. Bu fəaliyyətin jurnalist fəaliyyəti adı altında həyata keçirilməsi isə ikrah hissi doğurur. Başqalarından maliyyə alıb, onların sifarişlərini icra etmək, şər və böhtan yaymaq nə vaxtdan azad mətbuat prinsipi olub?
Təbii ki, bu cür şəxslər heç bir halda azad mətbuat təmsilçisi olaraq qəbul edilə bilməzlər və zaman-zaman yüksək vəzifəli şəxslər tərəfindən onların əsl simalarının üzə çıxarılması olduqca vacibdir".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Fevral 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri