Qızılın qiymətində sabitləşmə müşahidə olunur
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 noyabr, AZƏRTAC
Bir ilin minimum səviyyəsinə enən qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı sərt mövqeyinə dair siqnallarından sonra gecə saatlarında baş verən kəskin satışlardan sonra bir troya unsiyası üçün 3740 dollar səviyyəsində sabitləşib.
AZƏRTAC xəbər verir ki, qlobal bazarlarda qızılın qiyməti son bir ilin ən aşağı səviyyəsinə düşdükdən sonra bərpa olunmaqda çətinlik çəkir. Belə ki, FED rəsmilərinin əlavə faiz artımlarının zəruriliyinə dair fikirlər səsləndirməsindən sonra çərşənbə günü qızılın bir troya unsiyasının qiyməti 3 faizdən çox ucuzlaşaraq son bir ildən artıq müddətin minimumuna enib.
FED-in sərt pul siyasətini davam etdirə biləcəyinə dair siqnallarından sonra gecə saatlarında kəskin satışlarla üzləşən qızılın qiyməti sonradan bir troya unsiyası üçün 3740 dollar səviyyəsində sabitləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 Noyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















