Icma.az
close
up
RU
“Əminəm ki, getdikcə daha yaxşı olacağıq” Qurbanov

“Əminəm ki, getdikcə daha yaxşı olacağıq” Qurbanov

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Avropa Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – ÇSKA (Bolqarıstan) oyunundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– “Sabah” dünən qələbə qazandı, onları təbrik edirəm. Bu gün də “Neftçi”yə uğurlar arzu edirəm. Oyunumuza gəlincə, düşünürəm ki, yaxşı hazırlaşmışıq. Fərqli rəqibdir, fərqli üslubları var. İlk dəqiqələrdən çox diqqətli və məsuliyyətli olmalıyıq.

– Artıq iki oyun keçirmisiniz. Sistem istədiyiniz kimi işləyir?
– Tam deməzdim, amma yaxşılığa doğru gedir. Çox istərdim ki, istədiyimizi 90 dəqiqə meydanda edə bilək, lakin bəzi məqamlarda çatışmazlıqlar var. Düşündüyümüz kombinasiyaları davamlı yerinə yetirə bilmirik. Getdikcə daha yaxşı olacağıq. Avropada hər rəqib fərqlidir, buna görə tez-tez meydanda nələrisə dəyişməli oluruq. Hər bir halda, ümumi olaraq, işlər yaxşılığa doğru gedir.

– ÇSKA ilə oyun “Qarabağ”ın indiki gücünü göstərəcək?
– Komandanın oyununu stabilləşdirmək, yaxşılaşdırmaq elə də asan deyil. Çünki hazırlıq planında bəzən çatışmazlıqlar olur. Futbolçular eyni səviyyədə görünmür. Həm də yayda isti havanı nəzərə alsaq, dinamikanın aşağı düşməsi normaldır. İllərdir, bunu yaşayırıq və təcrübəmiz var. Bu mövsüm komandada çox dəyişiklik oldu, bunun hansısa təsiri ola bilər. Tam formaya düşəcəyimiz vaxtı demək olmur. Əminəm ki, getdikcə daha yaxşı olacağıq.

– Heyətlə bağlı problemlər var? Dani Bolt niyə sifariş ərizəsində yoxdur?
– Bolt məsələsində ciddi nüans yoxdur. Sadəcə müəyyən limit var. Avropa oyunlarında tez-tez belə dəyişikliklər ola bilər. Eyni hal çempionat oyunlarında da yaşana bilər.

– Montiel niyə əvəzedici komandaya göndərilib?
– Montiel əsas komandadadır.

– PFL yeni mövsümdə VAR-la bağlı müəyyən qaydalar tətbiq ediləcək. Məsələn, sarı vərəqə və künc zərbələrinə görə də sistemə müraciət edilə bilər. Sizin bu qərara münasibətiniz necədir?
– Komandada nə qədər çox futbolçu olursa, problem də çoxalır. Hakimliklə bağlı da nə qədər detallar əlavə edilsə, bir o qədər narazılıq artacaq. VAR gələndən referilərdən şikayətlər çoxalıb. Hər xırda detal özlüyündə əlavə problem gətirir. Məncə, problemlər və  mübahisəli vəziyyətlər daha çox olacaq.

– ÇSKA iki gün əvvəl liqada oyuna çıxıb. Bu, sizin lehinizədir?
– Bu suala cavab vermək çətindir. Açığı, mən də istərdim, arada bir oyun keçirək, futbolçuların praktikası artsın. İndiki məqamda oyun sayı nə qədər çox olarsa, faydası da o qədər artar.

– Transferlərlə bağlı yenilik var?
– Dəqiq bir şey yoxdur. İşimiz davam edir. Yeni transfer üçün çalışırıq, alınsa edəcəyik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 İyul 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri