Putin Si Cinpinlə görüşdü Hansı məsələlər müzakirə olundu?
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin APEC sammiti çərçivəsində Şençjendə ikitərəfli görüş keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Si Cinpin bildirib ki, Moskva və Pekin arasında münasibətlər sabit olaraq qalır, dəyişən dünya konyunkturasından asılı deyil və böyük dövlətlər arasında qarşılıqlı fəaliyyət nümunəsi kimi çıxış edir. Onun sözlərinə görə, iki ölkənin əməkdaşlığı dünyada sabitliyin möhkəmlənməsinə töhfə verir.
Putin isə Si Cinpini dostu adlandırıb və Rusiya-Çin əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edib. O vurğulayıb ki, Moskva və Pekin çoxqütblü dünya nizamının formalaşdırılmasına dair ümumi yanaşmaya malikdirlər.
Tərəflər iqtisadi əməkdaşlığa da xüsusi diqqət yetiriblər. Putin 2026-cı ilin yekunlarına görə iki ölkə arasında ticarət dövriyyəsinin yaxşı artım dinamikası nümayiş etdirəcəyinə əminliyini ifadə edib. Son illərdə bu göstərici 200 milyard dolları ötüb.
Rusiya Prezidenti həmçinin bildirib ki, Çinin təşəbbüsü ilə vizasız rejim tətbiq edildikdən sonra qarşılıqlı turist axını 43 faiz artıb. O, nəqliyyat əlaqələrinin və humanitar əməkdaşlığın inkişaf etdiyini qeyd edib.
Si Cinpin Çinin Asiya-Sakit okean regionunun rifahı naminə Rusiya ilə birgə çalışmağa hazır olduğunu bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 18 Noyabr 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















