Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

İşsiz qalıb, pensiyasını da bərpa edə bilmir “3 aydır həkimlərdəyəm”

İşsiz qalıb, pensiyasını da bərpa edə bilmir “3 aydır həkimlərdəyəm”

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Ramin Zöhrab oğlu Ağabəyov əlillik dərəcəsinin bərpa olunmamasından və pensiyasının dayandırılmasından şikayətlənir. 

“Qafqazinfo”ya müraciət edən qazinin sözlərinə görə, o, 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutunu bitirdikdən sonra leytenant rütbəsi ilə Daşkəsən rayonunda ön xətdə tağım komandiri kimi xidmətə başlayıb. İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən ağır döyüşlərdə başından və sol ayağından odlu silah yarası alıb.

Qusar sakini olan R.Ağabəyov 2021-ci ilin avqustuna qədər müxtəlif xəstəxanalarda müalicə aldıqdan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən xidmətə yararsız hesab edilib. Hərbçiyə “kəllədaxili travmaların nəticələri, odlu silah yaralanması nəticəsində keçirilmiş qapalı KBT, posttravmatik ensefalopatiya və postkontuzion sindrom” diaqnozları ilə 5 il müddətinə II dərəcəli əlillik təyin olunub.

Lakin qazi bildirir ki, bu ilin avqust ayında 5 illik əlillik müddəti bitdikdən sonra statusunun yenidən qiymətləndirilməsi prosesində ciddi əngəllərlə üzləşib: “Artıq 3 aydır həkimlərdəyəm. Əlilliyimin bərpası üçün sənədlərimi toplayıb müraciət etdikdə mənə şifahi olaraq bildirildi ki, “Forma-88” sənədini diaqnozlarımın qoyulduğu nevrologiya şöbəsindən yox, 1 saylı Respublika Psixiatrik Mərkəzindən göndərməliyəm. Mərkəzin baş psixiatrı Orxan Cəfərovun qəbulunda olaraq bildirdim ki, emosional əsəb gərginliyim var, psixiatriya xəstəxanasında yatmaq mənə ağır mənfi təsir göstərir və unutmağa çalışdığım travmalarımı yenidən canlandırır. O isə əlindən gələn bir şeyin olmadığını dedi. Mən nevrologiya xəstəsiyəm. “Forma-88” sənədinə görə 10 gün xəstəxanada yatmalı olduğumu dedilər. Mən də Qusar Rayon Mərkəzi Xəstəxanasının nevrologiya şöbəsində 10 gün stasionar müalicə aldım. Problemim odur ki, psixiatriyada yatmaq istəmirəm. Çünki psixiatriya xəstəsi deyiləm, əvvəl də o şöbənin rəyi ilə tərxis olunmamışam. Mənim xəstəliyim nevrologiya və ya travmatologiya ilə bağlıdır. Belə olan halda, niyə başqa bir şöbəyə yönləndirilməliyəm?”

Ehtiyatda olan zabit həm əlilliyinin kəsilməsinə, həm də işlə təmin olunmamasına etiraz edir: “5 il əvvəl eyni diaqnozlarla mənə II qrup əlillik təyin olundu, amma bu gün deyirlər ki, əlillik düşmür. Ehtiyatda olan zabit kimi Dövlət Gömrük Komitəsinin və Hərbi Komissarlığın Qusar rayon şöbələrinə işə qəbulla bağlı müraciət etdim. Hər ikisindən mənə mənfi cavab gəldi. Əgər həkimlərin dediyi kimi heç bir travmam yoxdursa, niyə belə cavab oldu? İtirilmiş sağlamlığım, məhv olmuş karyeram... Əvvəllər 1457 manat əmək pensiyası və II qrup əlilliyə görə 500 manat müavinət alırdım. İndi isə hər ikisi kəsilib. Ailə başçısı, bir uşaq atası olaraq 80 manat müavinətlə mənə deyirlər ki, get dolan. Mən sağlamlıq şəraiti ilə, müharibə əlili kimi işimdən olmuş zabitəm. Pensiyam nəyə görə kəsilməlidir?”

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi: “Qusar rayon sakini 1998-ci il təvəllüdlü Ağabəyov Ramin Zöhrab oğluna təyin olunan əlillik müddəti 23.08.2026-cı il tarixdə başa çatıb. Hazırda vətəndaşla bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən heç bir göndəriş elektron sistemə daxil edilməyib. 

Şəxslə bağlı tibb müəssisəsi tərəfindən yeni forma-88 sənədi rəsmiləşdiriləcəyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndiriləcək”.

Qazinin şikayəti ilə bağlı TƏBİB-ə də sorğu ünvanladıq. Sorğumuza cavab kimi qeyd edilib ki, vətəndaşın əlilliyinin müəyyən olunması prosesi davam edir. Yekun qərar verildikdən sonra bu haqda məlumat bildiriləcək.

Qeyd edək ki, Ramin Ağabəyov döyüşlərdə göstərdiyi şücaətə görə “Kəlbəcərin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Lamiyə Məmmədova 




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Noyabr 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see301

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see295

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see289

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see280

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see270

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see264

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see255

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see254

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see248

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see247

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see244

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see235

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see228

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see228

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see225

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see215

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see209

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see206

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri