Icma.az
close
up
RU
Əmir Teymur və İldırım Bəyazid: Miflər və gerçəklər

Əmir Teymur və İldırım Bəyazid: Miflər və gerçəklər

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zəfər yaxud məğlubiyyət döyüşçünün taleyidir. Döyüş meydanında üstünlük tərəflərin hansında olur-olsun,  istənilən yanlış addım gedişatı qəfil dəyişə bilər.
Bu yazıda tariximizin ən acı və əfsanələşmiş döyüşlərindən olan Ankara döyüşü haqqında əsassız şayiələri tarixi faktlarla susdurmaq istəyirəm.  

Tarixdən məlumdur ki, Ankara döyüşü türk dünyasının iki böyük cahangiri - sultan İldırım Bəyazid və Əmir Teymur arasında baş verib. 

İldırım Bəyazid

Teymurun barışıq təklifi, Bəyazidin inadı 

Türkiyə sultanı I İldırım Bəyazid Avropa və Asiyada ən güclü, eləcə də nüfuzlu hökmdar sayılırdı. Lakin bir çox səbəblərdən o, reallığı düzgün qiymətləndirmədi və 1402-ci ildə Teymurun imperiyası ilə döyüşə girdi. Teymurun ordusu ilə döyüşdə Osmanlı ordusu açıq-aşkar məğlubiyyətə uğrayırdı. Osmanlı ordusunun serblərdən ibarət cinahı tamamilə Teymurilər tərəfə keçdi. Osmanlının avropa əsilli əsgərlərdən ibarət yeniçəri ordusu da təslim oldu və sultan İldırım Bəyazidin hərbi qüvvəsi zəiflədi. Beləliklə, Ankara şəhərinin Çubuq düzündə baş verən bu qanlı döyüş Əmir Teymurun qalibiyyəti ilə nəticələndi. Burada qeyd etmək lazımdır ki, Əmir Teymur qardaş qırğınının olmaması üçün döyüşdən öncə sultan Bəyazidə düz dörd dəfə təslim olması şərtilə barışıq məktubu göndərib. Osmanlı sultanı isə hər dəfə Teymura rədd cavabı verib. 
Beləliklə, Qərb hakimi Bəyazid Şərq hökmdarı Əmir Teymur tərəfindən əsir götürülür. Tarixçilərin yazdığına görə məğlub olan düşmənini görəndə Teymur ucadan qəhqəhə çəkir. Sultan İldırım Bəyazid Teymura “başqasının bədbəxtliyinə gülmək bir hökmdara yaraşmaz” deyə irad tutur. Əmir Teymur isə cavabında:  "Mən sənə deyil, dünyanın taleyini bir korla bir axsağa həvalə edən tanrının ironiyasına gülürəm!" - deyir. 

Tarix sadəcə, faktları və hadisələrin xronoloji ardıcıllığını işıqlandırır. Olayların pərdəarxası, sosial, psixoloji tərəfləri isə nəzərə alınmır. Tarixçilər qeyd edir ki, Əmir Teymurla İldırım Bəyazidin münasibətləri əslində çox mürəkkəb idi. 
Sultan İldırım Bəyazid Əmir Teymura göndərdiyi məktubunda yazırdı ki, onun ailəsi Teymurun ailəsindən yaxşıdır,  özü isə Teymurdan daha “saleh müsəlman”dır,  sərkərdə kimi də Teymur onunla yarışa bilməz! Yazırdı ki:  “Sən yalnız çöl tatarlarını və nizamsız padşahları məğlub edə bilərsən! Sən qarışqadan başqa bir şey deyilsən, ona görə gəl filə sataşma!” 
Bu cür sərt və məğrur insanlar arasındakı psixoloji gərginliyin ardınca hər şey ola bilərdi. 

Əmir Teymur

Mehriban düşmənlər 

Ankara məğlubiyyətindən sonra sultan İldırım Bəyazid, iki oğlu, xanımı serb şahzadəsi Mariya Despina və eləcə də sultanın hərəmi (xanımları) əsir düşdü. 
Avropalı tarixçilərə görə Teymurun sultan Bəyazidə qarşı hər hansı kini, nifrəti olmayıb. Teymur məğlub etdiyi bütün hökmdarlar kimi Bəyazidə də tabeliyi qəbul etməyi, illik xərac verməyi və hətta məğlubiyyətdən sonra qayıdıb öz ölkəsini idarə etməyi təklif edib. 

Əmir Teymurun salnaməçisi yazırdı: “Osmanlının fəthindən sonra hökmdar ölkəni yenidən İldırım Bəyazidə qaytarıb onu taxt-taca oturtmaq istəyirdi”. 

Görünür, İldırım Bəyazid əsir düşdükdən sonra da Teymurun təklifini qəbul etməyib. Nəticədə Teymur onu və ailəsini özü ilə Səmərqəndə aparıb. Osmanlı dövləti isə Teymurilərdən asılı vəziyyətə düşüb. 

Sultan İldırım Bəyazidin sonrakı taleyi ilə bağlı məlum olan faktlar belədir: sultana Səmərqənddə layiqli saxlanma şəraiti yaradılıb. Hətta Bəyazid xəstələnəndə Teymurun həkimləri onu müalicə edirmiş. 
Həmin dövrdə Səmərqəndə səfər edən avropalı diplomatların və səyyahların Bəyazidin guya, qəfəsdə saxlanması və ya buna oxşar təhqiramiz bir durum haqqında hər hansı qeydləri olmayıb. Həm ispan diplomatı Klavixo, həm də alman salnaməçisi Şiltberqer Səmərqənddə sultana qarşı hansısa mənfi münasibətin şahidi olmadıqlarını yazırlar. Həmçinin Osmanlı tarixçiləri də Teymurilər səltənətində sultana qarşı hər hansı pis münasibətin olmadığını vurğulayırlar. 

Ərəb tarixçinin “qəfəs nağılı” 

Bəyazidlə pis rəftar edildiyini bildirən yeganə ərəb tarixçisi Dəməşqli İbn Ərəbşahdır. Ölkəsini məğlub etdiyinə görə bütün ərəblər kimi o da əmir Teymura nifrət edirdi. 

Əsrlərlə Osmanlı İmperatorluğu altında saxlanılan avropalılar da sonda iki türk hökmdarı haqda eybəcər əfsanələr uydurmağa başlamışlar. Məsələn, ingilis dramaturqu Kristofer Marloun 1588-ci ildə yazdığı pyesdə  guya Tamerlan sultan Bəyəzidin kürəyində otururmuş. Guya əmir Teymur Bəyazidin hərəmində olan qadınları təhqir edir, yeməyi onlara qılıncın ucunda verilməsini tapşırıbmış. 

Əlbəttə, bütün bunlar türk düşmənlərinin uydurduqları böhtanlardır. Həmin dövrün salnaməçilərinin yazdıqlarından da aydın görünür ki, bu cür şayiələr qətiyyən Əmir Teymurun xarakterinə uyğun deyil. 

Teymur döyüşlərdə nə qədər sərt olsa da, adi həyatda bir o qədər sakit və xoşxasiyyət insan olub. Teymurun dövründə məhkəmələr xüsusən, qadınlara qarşı zorakılıq, soyğunçuluq və təhqiramiz rəftar edənlərə ağır cəzalar kəsirdi. Elm və incəsənət adamlarına xüsusi rəğbət bəsləyirdi. Teymurun hərb qanunları və insani əxlaqı bütün əsgərlər üçün örnək idi. O, əsir düşənlərə qarşı qeyri-insani davranılmasını qadağan etmişdi. 

Əmir Teymur düşmənlə mərdi-mərdanə savaşır, lazım gələrsə, onu öldürürdü, lakin heç vaxt heç bir düşmənin şərəf və ləyaqətini alçaltmırdı. Teymurun məğlub etdiyi,  ölkələrin əsir düşən hökmdarları onun hakimiyyətini qəbul edərək, yenidən öz taxt-taclarına əyləşirdilər. O cümlədən Osmanlı sultanı İldırım Bəyazidə də dəfələrlə Teymurun vassal asılılığını qəbul edib öz hökmdarlığına qayıtmaq təklifi edilmişdi. Lakin Bəyazidin imtinasından sonra Teymur Osmanlının idarəçiliyini Bəyazidin oğulları arasında bölmüşdü. 

Beləliklə, böyük türk cahangiri, tarixin ən böyük imperiyalarından birinin qurucusu Əmir Teymur haqqında yayılan şayiələrin tam əksinə olaraq heç vaxt düşmənini alçaltmağı öz hökmdar ləyaqətinə sığışdırmamışdır.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Dekabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri