Əmir Teymur və Əmir İsmayıl xanın missiyası...
Əmir Teymur və Əmir İsmayıl xanın missiyası
(Türklərin həyatın yaradılışı haqqında
“Qurd nəzəriyyəsi”ndən bir (ixtisarla) parça)
Harold Lambın Türk dilinə “Əmir Teymur” başlığıyla tərcümə olunan kitabının üz səhifəsində yazılmışdır: Biz ki, Məliki Turan, Əmiri Türkistanız. Bu faktı digər mənbələrdə təsdiq edir (Tüzükat-I Timuri GERÇEKMİ VE BİR BİRİNCİL TARİHİ KAYNAK OLARAK KULLANILABİLİRMİ? A. Ahat Andican s. 35).
1370-ci ildə Əmir Teymur tərəfindən Turan, Türküstan dövləti yaradıldı ki, ona Turanın məliki, Türkistanın əmiri unvanı verildi ki, mənbədə də bu öz təsdiqini tapır. Türkistanın əmiri titulundan aydın olur ki, əmir titulu nə qəbilə, nədə qoşun başçısına verilən adlardan deyil, ali titullardan biri idi. Yəni, dövlət başçısına verilən titul idi. Zamanla türklərin yaşadığı ərazilər birləşdirildi və bu Turan dövləti adlandı ki, mənbədə bundan bəhs olunur. Ulu Xaqan I Şah İsmayıl Səfəvi ona görə Əmir Teymurun daşıdığı əmir titulunu daşıyırdı ki, Türkün Əmiri idi. Bunu həmin dövrün ulu Xaqan I Şah İsmayıl Səfəviyə yazılmış məktublarda təsdiq edir. Həmin məktublardan biridə II İldirim Bəyazidin ikinci məktubudur ki, ulu Xaqan Şah I İsmayılın hakimiyyətə gəlişindən az sonra yazılmışdır. Məktubda ulu Xaqan Şah I İsmayıl Səfəvi Türk və Deyləmin əmiri adlandırılır. Rum hökmdarı II İldırım Bəyazidin oğlu Sultan Səlimin ulu Xaqan Şah I İsmayıl Səfəviyə yazdığı məktubunda isə belə bir “Zəmanənin Əfrasiyabı olan adlı-sanlı Əmir İsmayıla göndərildi”. Yəni, Türkün əmirinə göndərildi. Həmçinin Osmanlı sultanı Sultan I Səlimin ulu Xaqan Şah I İsmayıl Səfəviyə yazdığı məktubunda deyilir: Eşitdim bir dəli türk Turan eşqinə düşüb. Osmanlı sultanı I Səlimlə ulu Xaqan Şah I İsmayıl Səfəvinin düşmən olmalarının sirri vardır. Bunu başa düşmək üşün “Şahnamə”ni dərindən oxuyub, anlamaq lazımdır.
Şah İsmayıl Xətayi şeirlərinin birində yazırdı:
Yetdükcə tükənir ərəbün kuyi, məskəni,
Bağdad içində hər necə kim, türkman qopar.
(Şah İsmayıl Xətayi. “Əsərləri”, Şərq-Qərb. Bakı-2005. Səh. 90)
Həmçinin, şeirində türk gözəlini vəsf edir.
Sən ey türki-pəri dilbər, əcaib sün’i-yəzdansan,
Görəldən bərlü rüxsarın sözüm Allahü əkbərdir.
(Şah İsmayıl, “Əsərləri”. “Şərq-Qərb” Bakı-2005, s. 68-71).
Şüuri Hasan Efendinin (Osmanlı dövlətində yaşamış və 1693-94-cü illərdə vəfat etmişdir) “Lisanul-Acem FERHENGİ-ŞUÜRİ” (s. 1297) əsərində Türk nə mənaya gəlir sualına belə cavab verilir: Xəta, Xötən və Dəşti Qıpçaq xalqına deyərlər ki, adətləri (zəd, bürd –tərcümə edə bilmdim-Z.M) qarət və yağmadır. Xacə Hafiz, beyt: (Yardım edin! Bu şəhər qarışdırıcı, istiqanlı və işvəli Lüli qızları, Türklər yağma süfrəsindəki yiyəcəkləri necə qapırlarsa, könüldən səbri eləcə qapıb götürdülər.)
Və Türkistan vilayətinə Türk deyirlər.
(Şah İsmayıl Xətayi. “Əsərləri”, Şərq-Qərb. Bakı-2005. Səh. 68)
Səni-zülfi ləbi-lə’lini gördüm,
Təmami Türkü Hindistan anındı,
(Burada həmçinin Türkü dedikdə, yəni öz dövləti Türküstanı, Türk dövlətini nəzərdə tutur və hökmünün Türk və Hindistanda keçdiyini bildirir-Z. M).
Xətay türk qəbiləsi
Ulu Xaqan I Şah İsmayıl Səfəvi Xətay tayfasındandır ki, bunu mənbələrdə təsdiq edir. Əssəyyid Ahmed Mekki Üçışık tərəfindən yazılmış “Tam İlmihal Seadet-i Ebediyye əsərində (s.1175) deyilir: Şah İsmayılın atası Şeyx Heydər qızılbaş papağı qoyan Xətay qəbiləsindən olan Şeyx Cüneydin oğludur.
Şüuri Hasan Efendinin (Osmanlı dövlətində yaşamış və 1693-94-cü illərdə vəfat etmişdir) “Lisanul-Acem FERHENGİ-ŞUÜRİ” (s. 1439) əsərində Şeyx Cüneydi belə ləqəblə xatırlayır: Şeyx Cüneyd Xalxali, beyt: Kəpənək dərvişlər kimi, dörd künclü dağarcığı çiynimə asıb bayıra çıxdım.
Mənbədən aydın olur ki, ulu Xaqan I Şah İsmayıl Səfəvinin babası Şeyx Cüneyd xalxal ləqəbi ilə tanınmışdır. Xalxal isə Ərdəbil mahalının bir parçasıdır.
Şüuri Hasan Efendinin (Osmanlı dövlətində yaşamış və 1693-94-cü illərdə vəfat etmişdir) “Lisanul-Acem FERHENGİ-ŞUÜRİ” (s. 1580) əsərində xaqan sözü belə izah olunur: Xaqan - Turan-zəmin padişahlarının ləqəbidir, necə ki, İran-zəmin padişahlarına key, Əcəm padişahlarına kəsra, Çin padişahlarına fəğfur, Hind padişahlarına ray, Tatar padişahlarına xan, Rum padişahlarına qeysər, Həbəş padişahlarına necaşi, Yəmən padişahlarına tübba deyildiyi kimi.
Ulu Xaqan I Şah İsmayıl Səfəvinin xaqan titulu ilə anılması onun Turan ideologiyasını yaşatmasını göstərir.
Xətayların böyük bir hissəsi Azərbaycan xalqının mənşəyinə daxil olmuşdur. 1942-ci ildə Ərdəbildə 15 min, Təbrizdə 40 min Xatay ailəsi yaşayırdı. (Sanan Azer 1942. Sanan Azer. İran türkleri. Ankara. s. 8-9.).
Sənan Azərə görə, Şah İsmayıl Ərdəbildəki xataylardan çıxmışdır. Yalnız Şah İsmayıl yox, Çin Türküstanının Kitay qurxanları (gürxan-Z. M) , şərqin böyük təriqət şairi Şəms Təbrizi Xatay nəslindən idi. Cəlaləddin Rumi Şəms Təbrizini Xatay türkü adlandırır.
Məra rahe səvabi bud qom şod,
Əz an torke Xətai mən, çe danəm?
(Günah o Xatay türkündədir ki, onun
Ucbatından öz yolumu itirdim, nə edim?
(İhami Cəfərsoy. Arilərin türk mənşəyi. s. 81-82).
Xətay Orta Asiyada bu günkü Şərqi Türkistanla uzlaşan vilayətin adıdır. Şah İsmayıl şeirlərində yazırdı:
Xətavü Misr ilə Çinü Xorasan,
İraqü Fərs, həm Kirman anındır.
Və ya
Xətayilə Xötən mülki şaha fəth oldu Çin belə
(Şah İsmayıl, Əsərləri, Bakı “Şərq-Qərb”, səh. 71, 98)
Şah İsmayılın şeirlərində Xətavü və ya Xəta kimi keçmiş ərazi, məkan kimi bu günkü Şərqi Türküstan nəzərdə tutulmuşdur. Onun şeirlərində Xötən şəhəri Xəta ilə eyni səsləşir. Xötən Xətayda şəhər adıdır. Şah İsmayıl “Xötən mülki” dedikdə Şərqi Türküstan türkü deyimi nəzərdə tutur. Buradanda onun təxəllüsünün əslində öz qəbiləsinə aid olduğu aydın olur.
Şüuri Hasan Efendinin (Osmanlı dövlətində yaşamış və 1693-94-cü illərdə vəfat etmişdir) “Lisanul-Acem FERHENGİ-ŞUÜRİ” (s. 1523) əsərində Xəta sözü belə izah olunur: Xəta – məşhur məmləkətdir. Mütəqil padişahı var. Türkistanda Xəta həmçinin bir şəhər adıdır. Və lətif qumaşı olur ki, xətayi deyərlər.
Buradan anlaşılır ki, Xəta və Xətay eyni səsləşən sözlərdir. Qeyd edilənlərdən tamamilə aydın olur ki, ulu Xaqan I Şah İsmayıl Səfəvi Xatay diyarından olan xətaylardan idi.
Şah İsmayıl Xətayi bir şeirində, xatunu Taclı bəyimin dilindən belə deyir:
İranın şahısan, Türküstan xanı
Mürşidi kamilsən, cahanın canı,
Əbdi bəyim oldu şahın qurbanı,
Taclı bəyim sənə qurban ağlama. (Ali Rza Özdemir, “Türk Hakanı: Şah İsmail”.)
Şeir parçasında Ulu Xaqan I Şah İsmayıl Səfəvinin qayınatası Əbdi bəy Şamlının 1506-1507-vi illərdə Şir Sirom xanla döyüşdə öldürülməsi aydın olur. Şeirin həmin illərdə yazılması Şeybani xanla döyüşməmişdən qabaq öz ölkəsinin adının Türk, Türkistan olması aydın olur. Onun ölkəsinin Türküstan olması faktı bir başqa mənbələrdə təsdiq edir.
Şüuri Hasan Efendinin (Osmanlı dövlətində yaşamış və 1693-94-cü illərdə vəfat etmişdir) “Lisanul-Acem FERHENGİ-ŞUÜRİ” (s. 1581) əsərində xan sözü belə izah olunur: Xan – Türkistan padşahına deyərlər. Xüsusən Rum padşahına “qeysər” dedikləri kimi. Hakim Ənvəri, beyt: Doğru tədbiri almaqda gec qalmayan əfəndi, qeysər və xanı padşahın köləliyinə çəkər.
Şüuri Hasan Efendinin (Osmanlı dövlətində yaşamış və 1693-94-cü illərdə vəfat etmişdir) “Lisanul-Acem FERHENGİ-ŞUÜRİ” (s. 1214) əsərində Türküstanın Təbistan (Yay fəslinə məxsus xanə) ölkəsindən bəhs olunur. Türküstan imperiya idi və Təbistan onun ərazi vahidinə daxil idi. Təbistan şəhəri İran coğrafiyasına aid şəhərdir.
Təhmasibqulu xanın (Nadir şah) Osmanlı sədri-ə’zəmi Damad İbrahim paşaya yazdığı məktubda məktubda (Nadir şah Əfşarın Fərman və Məktubları. Qanun Nəşriyyatı. Bakı-2021,s. 137) əfqan ordularını dağıtmaq üçün qoşunların İsfahana, yəni Türk (Səfəvi) dövlətinin paytaxtına toplaşdığını və əfqan qoşunlarının məğlub edildiyi göstərilir. İsfahan İran coğrafiyasına aid olan şəhərlərdən biri olsada, Nadirqulu xan İsfahanda taxtda oturmuş II Təhmasib padşahı Türküstan padşahı adlandırır. Həmin cümlə belə qeyd olunur: “Türküstanın aliməkan və yüksəkməqam padşahına məxsus səmimiliyin artıq və ifrat dərəcədə olması səbəbindən əsası fələkdə qoyulmuş qapının astanasında hazır olmuş səfirləri ilə xoşbəxtanə görüşdə mehriban dostun sevinməsi, düşmənin isə güdaza getməsi mənasından məlumatlı, xəbərdar, şən və ürəyi açılmış etmişdilər və onların hər sözü ixlas dili ilə aşağıdakı bəyanatın tərənnümünün tərcüməsi olmuşdu ki:
Dünyanın işi nizama gəlməz,
Əgər sənin ayağın ortada olmasa.
Bu isə bir daha ulu Xaqan I Şah İsmayıl Səfəvinin qurduğu dövlətin Türk dövləti olmasının danılmaz və bariz sübutudur.
Nadir şah Əfşarın (Nadir şah Əfşarın Fərman və Məktubları. Qanun Nəşriyyatı. Bakı-2021,s. 180) Rum padşahı Sultan Mahmud xana yazdığı sülhnamədə qeyd olunur: ...keçmiş zamanlarda Türkman (Səfəvi şahları-Z.M) sultanlarına bağlı olmuş Azərbaycan məmləkətərindən bəziləri ali Osman dövlətinin tərkibinə keçmişdir.
Əfşarlar və Qacarlar dövlətidə Türk (Azərbaycan) dövlətinin davamı kimi meydana çıxmışdır ki, bunu tarixi mnbələrdə təsdiq edir.
Nadir şah Əfşarın (Nadir şah Əfşarın Fərman və Məktubları. Qanun Nəşriyyatı. Bakı-2021,s. 205) Rum padşahı Sultan Mahmud xana yazdığı məktubda deyilir: ... Tanrının inayəti ilə biz humayun hökmdar da türkman elinin böyüyü və İran ilə Türküstan məmləkətlərinin sahibiyik.
Nadir şah Əfşarın (Nadir şah Əfşarın Fərman və Məktubları. Qanun Nəşriyyatı. Bakı-2021,s. 240) hindli Məhəmməd şahla müharibədən sonra oğlu Rzaqulu Mirzəyə yazdığı rəqəmdə deyilir: Biz ələ keçirdiyimiz topları iyirmi minə yaxın İran və Turan döyüşçüsü və fillərin bir hissəsi ilə Kabilə yolladıq.
Nadir şah Əfşarın “Fərman və məktubları” (Qanun Nəşriyyatı. s.36) kitabında Üç kilsə xəlifəsi İbrahimin Nadir şaha müraciətində qeyd olunur: Ərşin ən ali müqəddəs taxtının önündə duranlara bildirmək istəyirik ki, üç ildən bəri biz Azərbaycan ölkəsinin, İraqistanın və İranın ətraf və kənar məntəqələrinə, istərsə də Rum və Turanın Van, Kürdüstanın və başqa vilayətlərində ... və s.
Şüuri Hasan Efendinin (Osmanlı dövlətində yaşamış və 1693-94-cü illərdə vəfat etmişdir) “Lisanul-Acem FERHENGİ-ŞUÜRİ” (s. 1285) əsərində qeyd edir ki, Türəc Ferudinin ikinci oğlunun adıdır. Ona Tüz dəxi deyirlər. Fərudin Turan-zəmni ona, İran-zəmni böyük qardaşı irəcə və İraq və Azərbaycan məmləkətini kiçik qardaşı Səlmə təyin etmişdi. Eynu əsərdə (s. 1810) Şüuri Həsən Əfəndi Bərdə şəhəri ətrafında “diz-aheng-i” mağarasınn adını çəkir ki, Əfrasiyab padşah məğlub olduqdan sonra həmin mağarada gizlənmişdi.
Mənbədən aydın olur ki, Azərbaycanın qərb hissəsinə Turan deyilirmiş və Azərbaycan Səlmin Qorqsaran (Qurdbaşlılar) dövlətinə aid imiş ki, Turanın bir parçası olduğu aydınlaşır. Çünki, Turla Səlm birlikdə İrana qarşı vuruşurdular. Əbəs deyil ki, Əmir Teymur Azərbaycanı Turan üzüyünün qaşı adlandırmışdı.
Nadir şahın Hindistanı fəth etdikdən sonra Rum padşahı Sultan Mahmud xana yazdığı məktubdan : ...İlahi dərgahına möhtac olanın türkman və adı çəkilən padşahın da Türkmaniyyə ümmətinin və cəlalətli Gürganiyyə sülaləsinin nümayəndəsi olduqlarını bildirirdi (Nadir şah Əfşarın Fərman və məktubları. Səh. 163).
Nadir şah Avşar burada özünü türkmən ümməti adlandırır. Eyni əsərdə Nadir şahın Osmanlı sədri-əzəmi Seyyid Məhəmməd paşaya yazdığı səvaədnamədə deyilir: ... cəlalətli türkman elinin irsi haqqı olan sərkərdəlik və şahlıq ixtiyarını biz humayun nəvvaba verdilər (Nadir şah Əfşarın Fərman və məktubları. Səh. 148).
Nadir şah Əfşarın (Nadir şah Əfşarın Fərman və Məktubları. Qanun Nəşriyyatı. Bakı-2021,s. 215) Məşhəd əhalisinə yazdığı rəqəmdə deyilir: Buna görə “biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk” (Ali-İmran.140) sözünü əsas tutaraq qızılbaşlar böyüklərinin və bu firqənin haqq uğrunda səy edən başçılarının məsləhəti ilə səltənət xələtini adı şəkilən (Təhmasib Mirzə-Z.M) hökmdarın bəxt qamətindən çıxarıb həmin hökmdarın ixtiyarında olan mülk ilə millətin, İraq, Fars və Azərbaycan ölkələrinin səltənət ilə padşahlıq işinin və hökmranlıq ilə şahənşahlıq vəzifəsinin “o uşaq ikən biz ona hikmət verdik” (Məryəm.12) kəramətli ifadəsinə uyğun və “biz onu yüksək bir məqama qaldırdıq” (Məryəm.57) lətafətli sözünə müvafiq olaraq gərdunməhd (beşiyi fələkdə, göydə olan), firuzəhd (yaşadığı ömrü qələbələrlə dolu olan), İsgəndərbəxt və asimantəxt (taxtı göylərdə olan) həzrətləri, sultan bin əs-sultannın varisi Üçüncü Şah Abbasa (Allah onun mülkünü əbədiləşdirsin və bədbəxt hadisələrdən qorusun!) [həvalə edilməsi] qərara alındı.
Məktublarda Nadir şah Əfşar Muğan qurultayında Azərbaycan şahlığına seçildiyini qeyd etməklə, Azərbaycan padşahlığının, Azərbaycan taxtının var olmasını qeyd edir. Həmçinin buradan aydın olur ki, Türk (Azərbaycan) hökmdarları sultan tituluda daşıyırmışlar.
![](https://ssl.moderator.az/file/articles/2024/12/09/1733766676_picture1.jpg)
Şah I Səfinin portreti. Naməlum rəssam tərəfindən çəkimış portret.
1629-cu ildən 1642-ci ilə kimi isə Türküstan (Azərbaycan) imperiyasını I Şah Abbasın nəvəsi Şah I Səfi idarə etmişdir. Naməlum rəssam tərəfindən çəkilmış portretdə şahın rəsmini əhatə edən dairəvi yazıda “XXVII (hökmdarin 27 yaşı var) SCHACH SEFİ PERSARUM REX AETATİS SUAE” kimi yazılmışdır.
![](https://ssl.moderator.az/file/articles/2024/12/09/1733766651_picture2.jpg)
Üfüqi yazılmış yazıda: Fronte (italiyanca)-ön, quidem (latınca)-həqiqətən, juvenem (slovencə)-gənc, placidum (latınca)-sakitcə, me (latınca)-mən, cernis (latınca)-görürsən, annis (latınca)-illəri. Belə bir cümlə alınır: “Əlbəttə mənim həqiqətdə gənclik illərimi, cavan vaxtımı görürsən”. Daha sonra qeyd olunur: “Ast intestina, coede Tyrannus eram” sözü keçir ki, “ast” (almanca)-yandıran, “intestina”(italyanca)-bağırsaq, “coede” (hollandca)-şifrə, kod, “Tyrannus” (latınca) Turan -cümlənin ortasında böyük hərflə yazılması coğrafi məkan kimi işlənməsini göstərir və latınca Turan “tyrannus” kimi yazılır. “Eram” isə böyük ilan deməkdir ki, “böyük qurd” deməkdir. Böyük qurd isə ilanın əjdahasıdır ki, türk deməkdir. Yəni, böyük qardaşın nəslindən olan deməkdir. (Bu isə başqa bir mövzudur). Ona görə ulu Xaqan Şah I İsmayıl Səfəvinin bayraqlarında ilanın əjdahası təsvir olunurdu.
Turan Etrusk dilində güc, buyruq, azadlıq, hakimiyyət, idarəetmə və dövlət anlamlarına gəlməkdədir və törəyən deməkdir. Turan sözü Latın dilinə “tyrannus”, Yunan dilinə “turannos” olaraq keçmişdir. (Türkçenin Diriliş Herekatı. Arif Erman, 11 fevral 2014.).
Qrekov B. D., Yakubovskiy A. Yu. (Греков Б. Д., Якубовский А. Ю., “Золотая Орда и её падение” Москва-Ленинград, 1950, с.357) əsərində Əmir Teymurun yaratdığı dövləti Turan dövləti olaraq qeydə alıblar.
Sülalənin adı Əmir Teymurun adını daşıdığına görə Teymurilər dövlətidə adlanırdı. Dövlətin digər adı Gürkan dövləti idi. Gürkan sözünün fars sözü olduğu qeyd olunur və bu sözün “kürəkən” sözü olduğu qeyd edilir (Sultanov T.İ., Ağ düşərgədə yüksəliş. Çingiz xanın xələfləri. Almatı: Dayk-press, 2001, s.97).
Gürkan monqol dilində kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi “kürəkən”deməkdir ki, Çingizilər sülaləsi ilə qohumlaşan Teymur onların evində azad şəkildə yaşaya və hərəkət edə bilərdi (İbn Ərəbşah, Əmir Teymurun tarixi. T., 2007).
Əslində isə Əmir Teymur Çingiz xanla əmiuşağı idilər. Əmir Teymurun isə Çingiz xanın nəslindən olması (The Secret History of the Mongols, transl. by I. De Rachewiltz, Chapter I Arxivləşdirilib 2007-02-23 at the Wayback Machine) məlumdur. Buradan aydın olur ki, Əmir Teymurda Qara Tatar elindəndir. Əmir Teymur və Çingiz xanın nəsil şəcərəsi onların bir kökdən olmalarının danılmaz sübutudur. Çingiz xanla Əmir Teymurun bir nəsildən olmalarını digər mənbələrdə təsdiq edir.
![](https://ssl.moderator.az/file/articles/2024/12/09/1733766711_picture3.png)
(Genealogical chart showing the shared patrilineal ancestry of Timur and Genghis Khan. References: John E Woods, The Timurid Dynasty (1990), p. 9. Paul Kahn, Francis Woodman Cleaves, The Secret History of the Mongols: The Origin of Chinghis Khan (1998), p. 10.).
Maraqlıdır deyilmi? Çingiz xanla Əmir Teymur əmizadə idilərsə, kürəkən olub, sarayda sərbəst gəzməyə nə ehtiyac var idi? Doğurdanmı monqol dilindəki kuruqen sözü ilə fars dilindəki kürəgən sözü eyni sözdür? Ancaq, Nizami Gəncəvi bu faktları təsdiq etmir!
Əslində isə gur (ceyran), gürxan (gurxan) isə aslan deməkdir. Bu fakt dahi şairimiz Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında keçmişdir. Nizami Gəncəvinin Monqol imperiyası dövründən qabaq yaşadığını nəzərə alsaq, gürxan sözünün həmin dövr üçün beynəlmiləl bir söz olduğu aydın olur. Nizami Gəncəvi “Yeddi gözəl” (“İdeal-Print”. Bakı 2011. Səh. 357. //azkurs.org/aydn-medetoglu-qasml-turkculer-tarixi--siyasi-ideoloji-ocerkle.html?page=4) poemasında yazır:
İldırım sürətli o gur qaçağan.
Gur tutan gənc isə yürüşdə arslan.
Qaçdılar səhərdən günortayacan.
Cavan şir bəs guru yaxalar haçan?
Cilov gəmirən at əl çəkmir gurdan.
Gur necə qurtulsun məzardan, gordan?
Öndə gur, arxada gurların xanı. (Gurxan, gürxan-Z. M).
Öz goru ardınca getməyən hanı?
Şeir parçasından aydın olur ki, gur (gür) ceyran, “Gur tutan gənc isə yürüşdə aslan”, “Cavan şir bəs guru yaxalar haçan?” sətirləindən isə aydın olur ki, gürxan ceyranı ovlayan aslandır. Əmir Teymurun yartdığı dövlətin bayrağı üzərində, arxitektura üzərində süsləmələrdə aslan təsvir olunmuşdr. Əmir Teymurun ceyranı qovalayıb tutması haqqında rəvayət vardır. Buradan isə aydın olur ki, rəvayət həqiqətdir. Guru, yəni ceyranı sürətli qaçışla qovalayıb tutduğu üçün ona Gürxan (aslan) adı verilmiş və daha sonra bu ad dövlətində adında öz əksini tapmışdır.
Rui Qonsales de Klavixo Əmir Teymurun Keş şəhərindəki “Ağ saray”ını təsvir edərkən onun giriş qapısının üzərində günəşin fonunda aslan təsvirinin olduğunu qeyd edirdi. (A. Shapur Shahbazi, “Flags of Persia”, Encyclopedia Iranica, c. 10, s. 12-27; Buradaki figür [Figür 18] için Bkz. //www.iranicaonline.org/articles/flags-i; Clavijo, Timur Devrinde Semerkand’a Seyahat, Çev: Ö.R.Doğrul, Nakışlar Yayınevi, İstanbul 1975, s. 127-128).
Həmçinin 1627-ci ildə Səmərqənddə inşa olunan dövrümüzə qədər gəlib çatan Sərdar mədrəsəsinin giriş qapısının portalında da aslan və günəş təsviri vardır. (GATBD, Tofiq Nəcəfli, elmlər doktoru. Azərbaycan Səfəvi dövləti bayraqlarına dair).
![](https://ssl.moderator.az/file/articles/2024/12/09/1733766714_picture4.png)
Səmərqənd Sərdar mədrəsəsi Tac qapısı və süsləmə detalı. (Türk İslam Mimarisinde Figürlü Süsleme Örnekleri, //sirazduvari.com/turk-islam-mimarisinde-figurlu-susleme-ornekleri/).
Qapı üzərində süsləmədə qaşı-qarşıya dayanmış iki aslan, aslanların önündə gur (gürxan və gür) və aslanların arxasından boylanan günəş (günəşin nəyi simvolizə etməsi faktıda başqa bir mövzudur) təsvirini görürük.
![](https://ssl.moderator.az/file/articles/2024/12/09/1733766679_picture5.jpg)
![](https://ssl.moderator.az/file/articles/2024/12/09/1733766658_picture6.jpg)
Üzərində aslan təsvirləri olan Əmir Teymur dövrünün bayraqları
(W. Lillys, Persian Miniatures: The History of Rustam, Tokyo, 1958.) və (The armies of Timur e Lang or Tamerlane (1336-1405), one of the post-Mongol Turkmen warriors from Central Asia also witnessed the appearance of the simultaneous lion-sun motif. The above depiction is attributed to the year 1450 by Martin (Plate 60).).( F. R. Martin, The Miniature Painting and Painters of Persia, India and Turkey, London, 1912.). (Mənbə göstərilən hissədə Türkiyənin adı keçir. Həmin tarixdə isə Türkiyə Cümhuriyyəti mövcud deyildi. Z. M).
![](https://ssl.moderator.az/file/articles/2024/12/09/1733766705_picture7.jpg)
Səfəvi dönəmindən miras qalan Avşar-zənd dönəminin son dövrünə aid sikkə (1700-1780). Sikkə üzərində guru və guru ovlayan gürxan təsviri edilmişdir. (PERSIA, Late Safavid to Afshar/Zand period (1700-1780). Civic Copper (18.30 gm; 24 mm). Obverse "Folus-e zarb-e Isfahan" (Folus minted in the City of Isfahan), no date, reverse: lion hunting Gazelle, Aledini 34. Reddish patina. Choice VF).
Əbüqasım Firdovsi “Şahnamə”poemasında (səh. 343) pələng, aslan və şir obrazları haqqında yazır:
İşıqlandı Kavus şahın gözləri,
Bəyəndi ərəblər yazan sözləri
Yazıb namə Əfrasiyaba o dəm:
Sən, ey iştəhası böyük, ağlı kəm!
De: İran təxti hara, sən hara?
Gətirdin bizi sən daha zinhara.
Sənə mülki – Turan deyildirmi bəs?
Niyə pisliyə əl atırsan əbəs?
Düşünmə bu yolla adın yüksələ,
Salar bu əməl başın əngələ!
Kiçiksən, kiçik olmağa sən alış,
Nəyin varsa, qalsın əlində, çalış!
Məgər bilməyirsən mənimdir İran?
Nə İran, başdan-başa bu cahan?
Pələng nə qədər güclü olsa belə,
Səfehdir, vuruşsa əgər şir ilə.
Alıb naməni baxdI Əfrasiyab.
Və ya “Şahnamə”də (Bakı-2004. “Öndər”, səh. 392) Söhraba İran düşərgəsi göstərilərək deyilir:
Dedi: - Bir sərapərdə də var: qırmızı,
Alıb dövrəyə atlılardan yüzü.
Qızıl bayrağı üstə şir şəkli var,
O gövhər nədir, gün kimi parlayar?
Dedi: - Onda Gudərz tutmuş məkan,
O azadələr başçısı pəhləvan.
Döyüşdə edər ərsəni filə təng,
Önündə nə aslan durar, nə pələng.
Həmçinin “Şahnamə”də (səh. 375) Qordafərid haqqında qeyd olunur:
Dedilər ki, ey pak ürək, şir qadın,
Qəminlə bizə od vurub odladın.
Yenə “Şahnamə”də (səh.365) Turan hökmdarının qızı Təhminə bunları söyləyir:
Səmənganda, bil, padişahdır atam,
Pələnglərə aslanlara övladam.
Poema parçasından pələnglə aslanın şirlə qarşı-qaşıya qoyulması və iranlıların şir kimi təsvir olunması onu göstərir ki, burada pələng və aslan Turanı, şir isə İranı təmsil edir. Qaraqoyunlu Cahan şaha “Turanın aslanı, İran meşəsinin şiri”deyilirdi.
![](https://ssl.moderator.az/file/articles/2024/12/09/1733766738_picture8.jpg)
Nəsli kəsilmiş Turan pələngi
1930-cu illərə qədər Turan pələngi yaşamış, mövcud olmuşdur. (В. Е. Соколов. Редкие и исчезающие животные. Млекопитающие. Издательство "Высшая школа" Москва 1986, səh. 348).
Turan (Gürkan) dövlətinin bəhs olunan mənbələrdə və arxitektura üzərində olan süsləmələrdən aydın olur ki, Turanın aslanı deyimi olub və Əmir Teymur Turanın aslanı idi. Bütün qeyd etdiklərimizdən aydın olur ki, 1370-ci ildə Əmir Teymur tərəfindən əsası qoyulan Turan (Греков Б. Д., Якубовский А. Ю., Золотая Орда и её падение. Москва-Ленинград, 1950, с.357.) Gürkani (Sultanov T.İ., Ağ düşərgədə yüksəliş. Çingiz xanın xələfləri. Almatı: Dayk-press, 2001, s.97) dövləti, yəni Turanın Aslanı dövləti idi.
Tədqiqatçı: Mirzəyev Zaur Ramiz oğlu
![see](https://icma.az/template/assets/see.png)