Icma.az
close
up
RU
Əmir Teymurun qılıncı: Qacarlar Napoleonu bu cür aldatdı

Əmir Teymurun qılıncı: Qacarlar Napoleonu bu cür aldatdı

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük sərkərdə Əmir Teymur vəfat edəndən sonra onun gəncliyindən ölüm gününə qədər yanında olan qılınc yoxa çıxır. Uzun illər bu qılıncı axtarmaq üçün Avropa ölkələrinin xəfiyyələri səyyah qismində Şərqi gəzirlər. Sonuncu dəfə qılınc İrəvan xanı Həsən xan Qacarda olub, sonra Özbəkistanda gizlədilib və Türk Qurtuluş müharibəsi zamanı Atatürkün əlində idi. Bu barədə yazmışıq.

Bu qılıncı ələ keçirmək istəyənlərdən biri də Napoleon Bonapart olub. Bu qılıncın nə üstünlüyü vardı ki, əsrlərdir onu axtarırdılar?

Rusiya filosofu, arxeoloqu, mədəniyyətşünası, mistiki Nikolay Konstantinoviç Rerix uzun araşdırmalardan sonra yazır: “Əmir Teymur mistik “qara daşa” sahib olub. Əfsanələrə görə, Süleyman peyğəmbərdən sonra bu daş onun əlinə keçib və bu daşdan ona qələbələr gətirən qılınc hazırlanıb”.

Qılınc barədə rəvayətlər bütün Şərq və Avropanı bürümüşdü. 1807-ci ildə Fransa imperatoru Tehrana təkcə hərbi qulluqçuların deyil, həm də alimlərin daxil olduğu böyük diplomatik nümayəndə heyəti göndərir. Missiyaya briqada generalı Klod Matye de Qardan rəhbərlik edir.

Digər məsələlərlə yanaşı, danışıqlar zamanı fransızlar Qacar dövlətində saxlanılan Əmir Teymurun qılıncının Napoleona hədiyyə olaraq verilməsini istəyirlər. Bunun əvəzində edilən təklifləri Qacarlar qəbul edir və qılıncı Napoleona bağışlamağa razılaşırlar.

24 yanvar 1808-ci ildə Parisdə çıxan “Journal de l'Empire” qəzetinin müxbiri İstanbulda olarkən yazırdı: “Qacar şahının Fransa imperatoru yanındakı fövqəladə səfiri Əsgər Xan Parisə gəlmək üçün Tehrandan yola çıxıb, özü ilə Fransa sarayına möhtəşəm hədiyyələr gətirir. O, dünyanın ən böyük imperatoruna Əmir Teymurun qılıncını təqdim edəcək”.

Əsgər Xan Əfşar bir neçə ay sonra Fransaya gəlir. Səfir Napoleon tərəfindən 4 sentyabr 1808-ci ildə Paris yaxınlığındakı Sen-Klu Şatosunda təntənəli şəkildə qəbul edilir. Dəbdəbəli hədiyyələr arasında iki əfsanəvi qılınc da vardı: birinci qılınc, səfirin dediyinə görə, vaxtilə Əmir Teymurun özünə məxsus idi; ikincisi isə fateh Nadir şah Əfşara.

Napoleon hətta Əmir Teymurun qılıncının tapılması faktını əbədiləşdirmək niyyətində idi, çünki bu hadisə onu Avropa ictimaiyyətinin gözündə Asiyanın əfsanəvi fatehi səviyyəsinə qaldırırdı. İmperator Bastiliya meydanında nəhəng bir fil heykəli ucaltmağı planlaşdırırdı, onun üstündə xalq Bonaparta tarixi yadigar təqdim edən saqqallı Şərq adamını görəcəkdi.

Lakin Qacarlar fransızları aldatdılar. Əsgər Xan Əfşar Parisə heç bir tarixi dəyəri olmayan iki gözəl, nəfis şəkildə hazırlanmış qılınc gətirmişdi. Napoleon özü də sürgündə olarkən etiraf edirdi ki, Qacarlar onu asanlıqla aldada biliblər.

Ömrünün sonunda Napoleonla tez-tez həmsöhbət olan qraf Emmanuel de Las Keys “Müqəddəs Yelenanın xatirəsi” əsərində onunla bu barədə söhbətini belə təsvir edir:

“Mən Böyük Fridrixin qılıncına sahib idim; ispanlar mənə I Fransiskin qılıncını Tuileriyə gətirdilər - və bu, onlar üçün böyük bir qurban idi; türklər və perslər mənə Çingiz xanın, Əmir Teymurun və Şah Nadirin qılınclarını göndərdilər; lakin mən, əlbəttə ki, bu hədiyyələri onların tarixi həqiqətinə inandığımdan daha çox qiymətləndirirdim”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Yanvar 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri