“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 11 iyun, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin ən böyük aviaşirkəti olan “Emirates” Yaxın Şərqdəki gərginliyə baxmayaraq, sərnişinləri Dubaya və ya bu şəhər üzərindən uçuşlara təşviq etmək məqsədilə əlavə sığorta paketi təqdim etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, şirkətin prezidenti Tim Clark bu barədə “Financial Times” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, “Emirates” sığorta şirkətləri ilə birlikdə sərnişinlərə vəsaitin geri qaytarılması və müştərilərin evə təhlükəsiz çatdırılmasına zəmanət verən münasib qiymətə aviabiletlər üzərində işləyir.
Aviaşirkət, həmçinin zərurət yaranacağı təqdirdə digər daşıyıcıların xidmətlərindən istifadə etməklə geri dönüş uçuşlarının təşkilini də öz üzərinə götürməyi planlaşdırır.
Tim Clark bildirib ki, şirkət regionda münaqişənin yenidən alovlanması riskini nəzərə alaraq əvvəlki mənfəət hədəflərindən imtina edib və maliyyə ilini zərərsiz başa vurmağa çalışır.
Qeyd edək ki, Yaxın Şərqdə davam edən hərbi qarşıdurma və hava məkanlarının qismən bağlanması son aylarda çoxsaylı reyslərin təxirə salınmasına və ya ləğvinə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 11 İyun 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















