Icma.az
close
up
RU
Əmisi oğlunu daşla vuran Goranboy sakini həbs EDİLDİ

Əmisi oğlunu daşla vuran Goranboy sakini həbs EDİLDİ

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İbrahim İbrahimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Redaktor.az pravda.az-a istinadla xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama əsasən, hadisə ötən il Goranboy rayonunun Düzqışlaq kəndində baş verib.

Belə ki, İbrahim İbrahimov həmin kənddə onunla qonşu yaşayan əmisi oğlu, zərərçəkmiş Azər İbrahimovla (soyadı şərtidir) həyətyanı sahələrini bir-birindən ayıran çəpərin yerinin müəyyənləşdirilməsi ilə bağlı uzun müddət davam edən mübahisə zəminində qarşıdurma yaradıb. Təqsirləndirilən şəxs küçədən dəmir tor üzərindən öz həyətində dayanan əmisi oğlunun istiqamətinə yerdən götürdüyü bir neçə daş parçasını ardıcıl olaraq atıb. Atılan daşlardan biri zərərçəkmiş şəxsin baş və sağ sifət nahiyəsinə dəyib. Nəticədə Azərin sağ gicgah sümüyünün daxilə yerdəyişmiş və sağ almacıq sümüyünün basılmış sınıqları, həmçinin lokal hipodens sahə ilə müşayiət olunan xəsarətlər aldığı müəyyən edilib.

Ekspertiza ilə həmin xəsarətlərin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, həyat üçün təhlükəli hesab edilən sağlamlığa ağır zərərvurmaya aid olduğu müəyyənləşdirilib.

Bununla bağlı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən İbrahim İbrahimov ona elan olunmuş ittihamı qismən qəbul edib. O, ifadəsində Azərin hər gün evinin qarşısına gələrək onu nalayiq ifadələrlə təhqir etdiyini və alçaltdığını söyləyib.

İbrahim İbrahimovun sözlərinə görə, tərəflər arasında narazılığın əsas səbəbi həyətyanı sahələri ayıran hasarın yeri və torpaq sahəsinin ölçüsü ilə bağlı olub. O, bu məsələ ilə bağlı prokurorluğa da məlumat verdiyini söyləyib.

Təqsirləndirilən şəxs zərərçəkmişə daş atmadığını deyib. Onun sözlərinə görə, hadisənin baş verdiyi ərazidə müşahidə kameraları olub və həmin görüntülər onun zərərçəkmiş şəxsi vurmadığını təsdiqləyə bilər.

İbrahim İbrahimov, həmçinin bundan əvvəl Azərin onun qızına xəsarət yetirdiyini və bununla bağlı polisə şikayət etdiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Avqust 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri