Icma.az
close
up
RU
Ekspert: Valideynlər yerdəyişmə prosesində emosional deyil, rasional qərar verməlidirlər

Ekspert: Valideynlər yerdəyişmə prosesində emosional deyil, rasional qərar verməlidirlər

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 25 fevral saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq.

Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I–X sinifləri əhatə edəcək.

Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

Qeyd edək ki, 25 fevral tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.


Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a bildirib ki, şagirdlərin yerdəyişmə prosesi valideynlər üçün vacib və diqqət tələb edən bir prosesdir:


“Fevralın 25-də baş tutacaq bu proses zamanı valideynlər bir sıra mühüm məqamları nəzərə almalıdırlar ki, övladlarının təhsili ilə bağlı problemlər yaşanmasın və yerdəyişmə prosesində heç bir texniki və hüquqi maneə ilə qarşılaşmasınlar. İlk növbədə, valideynlər yerdəyişmə prosesinin qaydaları ilə tanış olmalıdırlar. Şagirdlərin yerdəyişməsi Təhsil Nazirliyinin elektron sistemində aparılır və burada müəyyən prosedurlar mövcuddur. Hər bir valideyn əvvəlcə övladını hansı məktəbə köçürmək istədiyini dəqiqləşdirməli və bu məktəbdə boş yerlərin olub-olmaması ilə maraqlanmalıdır. Əgər seçilən məktəbdə boş yer yoxdursa, müraciət qəbul edilməyə bilər. Valideynlər övladlarını yeni məktəbə köçürmədən əvvəl həmin təhsil müəssisəsinin şəraiti, tədris səviyyəsi, müəllim heyəti və akademik mühiti haqqında ətraflı araşdırma aparmalıdırlar. Bəzi valideynlər yalnız məktəbin coğrafi yerləşməsinə əsaslanaraq yerdəyişmə edirlər, lakin bu, bəzən gözlənilən nəticəni verməyə bilər. Əgər valideyn övladının daha yaxşı təhsil almasını istəyirsə, əvvəlcədən seçilən məktəblə əlaqə saxlamalı, şagirdlərin akademik göstəriciləri və məktəbin ümumi təhsil keyfiyyəti ilə maraqlanmalıdır. Yerdəyişmə zamanı ən vacib məsələlərdən biri də sənədlərin düzgün şəkildə təqdim edilməsidir. Şagirdlərin yerdəyişməsi üçün valideynlərin aşağıdakı sənədləri təqdim etməsi tələb olunur:

• Şagirdin doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi

• Mövcud məktəbdən alınan arayış və ya çıxarış

• Elektron sistemdə qeydiyyat üçün valideynin şəxsiyyət vəsiqəsi”.


Ekspertin sözlərinə görə bəzi hallarda valideynlər övladlarının məktəb dəyişməsini sırf şəxsi səbəblərə görə edirlər:

“Lakin burada əsas diqqət yetirilməli məqam odur ki, şagirdin akademik uğurları və psixoloji uyğunlaşması nəzərə alınsın. Çünki tez-tez məktəb dəyişmək uşağın təhsil prosesinə mənfi təsir göstərə bilər. Yeni mühitə uyğunlaşmaq, müəllim və sinif yoldaşları ilə yenidən əlaqə qurmaq şagird üçün stresli ola bilər. Bu səbəbdən valideynlər bu qərarı qəbul etməzdən əvvəl psixoloji aspektləri də nəzərə almalıdırlar. Əgər şagird orta məktəbdə yuxarı siniflərdə oxuyursa və buraxılış imtahanlarına hazırlaşırsa, məktəb dəyişmək bəzi problemlər yarada bilər. Çünki müxtəlif məktəblərdə tədris proqramlarının həyata keçirilmə tempi fərqli ola bilər və şagird yeni məktəbdə əvvəlki biliklərini uyğunlaşdırmaqda çətinlik çəkə bilər. Bu səbəbdən, xüsusilə 9 və 11-ci sinif şagirdlərinin yerdəyişməsi zamanı dərs proqramlarının uyğunluğuna xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, bəzi məktəblər valideynlərdən əlavə ödənişlər tələb edə bilər. Dövlət məktəblərində belə hallar qanunsuzdur və valideynlər rəsmi dövlət qurumlarına müraciət edərək bu cür ödənişlərdən yayınmalıdırlar. Əgər məktəbə qəbul zamanı valideynlərdən əlavə ödəniş tələb olunursa, bu barədə Təhsil Nazirliyinə şikayət etmək mümkündür. Nəticə etibarilə, valideynlər yerdəyişmə prosesində emosional deyil, rasional qərar verməlidirlər. Onlar yeni məktəbin imkanlarını, şagird üçün uyğunluğunu və akademik mühitini araşdırmalı, sənədləşmə prosesini diqqətlə izləməli və övladlarının təhsilinə heç bir mənfi təsir göstərməyəcək şəkildə bu prosesi tamamlamalıdırlar. Belə olduqda, şagirdin təhsil keyfiyyəti və akademik inkişafı üçün ən uyğun qərar qəbul edilmiş olacaq”.


Təhsil eksperti Cahid imanlı isə qeyd edib ki, 25 fevraldan başlayaraq 2024-2025-ci tədris ilinin 2-ci yarımilində məktəbəhazırlıq qrupları və 1-10-cu siniflərdə yerdəyişmə prosesi aktiv olacaq:


“Bu prosesdə 11-ci sinif şagirdləri iştirak edə bilməz.  Buraxılış imtahanlarının verilməsi səbəbi  ilə 9-cu sinif şagirdləri üçün də qeydiyyat prosesi martın 5-nə qədər davam edəcək. Valideyinlər övladlarını yerdəyişmə etmək üçün ilk öncə yerləşmək istədiyi təhsil müəssisəsinə müraciət etməlidir. Şagirdin köçürülməsi üçün şərtlər uyğun olarsa məktəb rəhbərliyi elektron qaydada şagirdə çıxarış verir. Məhz həmin çıxarışı oxuduğu məktəbə təqdim etdikdən sonra  şagird məktəbin elektron bazasından çıxarılır. Şagirdlər yeni məktəbə gedərkən onların şəxsi işləri də özlərinə verilir. Lazım olduqda yeni məktəb rəhbərliyi şagirdin müvvəfəqiyyət göstəricilərini də arayiş şəklində tələb edə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri