Icma.az
close
up
RU
Emosiya və subyektivə qarşı

Emosiya və subyektivə qarşı

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Avropa Liqasının püşkatmasını xatırlayaq: “Çelye” çıxanda “Sabah”ın şansı digər avrokubok təmsilçilərimizə nisbətən ən aşağı faizlə dəyərləndirilmişdi. Buna səbəblər arasında Sloveniya təmsilçisinin zəngin ənənəsi və Konfrans Liqasının 1/4 finalınadək irəliləməsi kimi favorit versiyalar vardı. Ancaq bu gün “futuristlər”in niyə mərhələ adlamadığını heyfslənərək qeyd edirik, əksərən hətta klubu qınayırıq. Bu gözləntini yüksəldən də elə “Sabah” olub axı…

Bakıdakı oyunda son anda buraxılan qol (2:3) ilə məğlubiyyət əldən buraxılan qələbənin nəticəsi idi…

Ümid yaranmışdı.

Və Lyublyanada Bakıdakı məğlubiyyətin əvəzi elə eyni hesabla çıxıldı. Əsas vaxtda Azərbaycanın klub reytinqinə qələbə əmsalı yazdıran “Sabah”ın mərhələ adlamamasını baş məşqçi təyinatında gecikməyə və s. oxşar motivlərə calamaq kimi ortastatistik arqumentlər sadalaya/sıralaya bilərik, lakin “Sabah” layiqli çıxış etdi. Bütün vacib tədbirlər gecikmədən görülsəydi belə, mərhələni çox istəyəndən çox təcrübəli təcrübəli tərəf keçəcəkdi. Elə də oldu…

Başqa sözlə ifadə etsək, revanş alan təmsilçimiz mərhələ adlaya bilməsə də, gələcək üçün mühüm təcrübə topladı. “Bayquşlar” getdikcə böyüyür və bu faktdır.

Haşiyə çıxıb, komandanın ən təcrübəli yerli futbolçusu Amin Seydiyevin rəqib qapıçı ilə təkbətək çıxmaq imkanını “mandrajı” üzündən itirməsi tragikomik səhnə idi. “Sabah” akademiyasının yüksək səviyyədə işlədiyi göstərməlidir; Amindən üstün, səviyyəli oyunçu hazırlanmalıdır, ortaya çıxarılmalıdır. Vaxtdır!

Yola Konfrans Liqasında davam ediləcək. Rəqib Moldova klubu “Petrokub”dur. Avroliqa Təcrübəsi “Sabah”dan çox olsa da, təhlillər göstərir ki, cütün favoriti təmsilçimizdir.

Əslində, yeni çalışdırıcı Dambrauskasın iddialı açıqlamaları “Sabah” üçün yeni psixoloji sfera açır. Klub və komanda səviyyə yüksəlişinin real nəticəsini bu ab-havada reallaşdıra bilər. Resurs, potensial və qazanılmış təcrübə bunu ehtimal etməyə əsas verir. Özgüvən amili də yerində olsa, “Sabah” bu gedişatla KL-in qrup mərhələsinə də yüksələ bilər. İnanmaq işin yarısıdır, digər yarısı isə “Çelye” ilə oyunlarda qazanılan böyükmiqyaslı təcrübədir. Bu avromövsüm “Sabah” üçün xoş perspektiv vəd edir. Qalır buna inanmaq və dəyərləndirmək…

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 18 İyul 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri