Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

EMTA nümayəndələri beynəlxalq platformada hesabat verib

EMTA nümayəndələri beynəlxalq platformada hesabat verib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 may, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Hüquqi təminat və təhlil şöbəsinin müdiri Leyla Cəfərova və Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyev Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (Energy Regulators Regional Association - ERRA) Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən 23-cü illik konfransı çərçivəsində sözügedən beynəlxalq qurumun komitə iclaslarında iştirak ediblər.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, Leyla Cəfərova “İstehlakçı hüquqlarının müdafiəsi komitəsi”nin iclasında “Energetika sahəsində istehlakçı hüquqlarının qorunması ilə bağlı ölkə üzrə yeniliklər” adlı hesabat ilə çıxış edib. İclasda energetika sahəsində istehlakçı hüquqlarının qorunması sahəsində Avstriya, Çexiya, Yunanıstan, Macarıstan, Latviya, Moldova, Rumıniya və Slovakiyanın enerji tənzimləyici qurumlarının nümayəndələrinin təqdimatları dinlənilib. Eləcə də Şimali Makedoniya və Litvanın bu sahədəki təcrübəsi, Yunanıstanın dinamik qiymət tənzimlənməsi metodologiyasına nəzər yetirilib. Görüş zamanı Azərbaycana dair məlumatların da yer aldığı “Elektrik enerjisinin təchizatı üzrə müqavilələrinin tənzimlənməsi” adlı komitə hesabatı da təqdim olunub.

Elmar Güləliyevin iştirak etdiyi “Elektrik enerjisi bazarları və iqtisadi tənzimləmə komitəsi”nin görüşündə elektrik enerjisinin paylanması üzrə tariflərə dair hesabat iştirakçıların diqqətinə təqdim olunub. Görüşdə şəbəkə yüklənməsinin və kəsintilərin aradan qaldırılması, eləcə də elektrik şəbəkələrinin idarə edilməsi üçün müvafiq sistemlərin (SCADA/EMS/DMS) inteqrasiyasının təmin edilməsi barədə məlumatlar, həmçinin ERRA-nın fəaliyyətinin əhatə dairəsi və əsas nəticələrinə dair hesabat dinlənilib. Görüşün sonunda qeyd olunan mövzular ətrafında dəyirmi masa müzakirələri aparılıb.

Qeyd edək ki, ERRA 2000-ci il dekabrın 11-də Buxarestdə təsis olunub, 44 ölkəni təmsil edən 48 tənzimləyici qurumu özündə birləşdirərək enerji tənzimlənməsi sahəsində bilik və təcrübə mübadiləsi üçün platforma rolunu oynayır. EMTA fəaliyyətə başladığı ilk dövrdən bu beynəlxalq qurum ilə əməkdaşlıq əlaqələri qurub və 2018-ci ilin aprel ayında təşkilata assosiativ üzv qəbul olunub.

ERRA-nın 25 illik yubileyinə təsadüf edən builki konfransda 49 ölkədən 124 tənzimləyici qurum, şirkət və təşkilatı təmsil edən üzv ölkələrin enerji tənzimləyici qurumlarının rəhbərləri, investorlar, eləcə də aparıcı ekspertlər və tədqiqatçılar olmaqla 300 nümayəndə iştirak edib. Konfransın əsas mövzusu enerji siyasətinin transformasiyası və tənzimləmə fəaliyyətinin adaptasiyası olub. Tədbir zamanı həm elektrik enerjisi, həm də qaz təchizatı üzrə mühüm məsələlər təhlil edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2026 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri