Icma.az
close
up
RU
Əmtəə dövriyyəsinin bir milyard dollara çatdırılması strategiyası: Azərbaycan ilə Qazaxıstan ticarət və logistikanı genişləndirir

Əmtəə dövriyyəsinin bir milyard dollara çatdırılması strategiyası: Azərbaycan ilə Qazaxıstan ticarət və logistikanı genişləndirir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Astana, 23 oktyabr, AZƏRTAC

Qazaxıstan ilə Azərbaycanı ortaq tarix və qardaşlıq əlaqələri birləşdirir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun (KİSS) Asiyaşünaslıq şöbəsinin aparıcı eksperti Baurjan Auken deyib.

Onun sözlərinə görə, diplomatik münasibətlər qurulandan bəri Qazaxıstan və Azərbaycan müxtəlif sahələrdə əməkdaşlığı ardıcıl olaraq gücləndirib və genişləndirib. Əsas istiqamətlərdən biri nəqliyyat və logistikadır ki, burada Orta Dəhlizin (Trans-Xəzər marşrutu) potensialı fəal şəkildə inkişaf etdirilir.

“Hazırda Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi layihəsi həyata keçirilir. Bundan başqa, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq güclənir. Azərbaycanın Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi açılıb”, -deyə ekspert vurğulayıb.

Ekspert əlavə edib ki, Qazaxıstan və Azərbaycan ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də fəal əməkdaşlıq edir və bu, Azərbaycanın Qəbələ şəhərində bu yaxınlarda keçirilən Zirvə Görüşündə də öz təsdiqini tapıb.

O qeyd edib: “Sözsüz ki, Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri ölkələrimiz arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə yeni təkan verəcək”.

B.Auken Qazaxıstandakı Azərbaycan diasporunun ikitərəfli münasibətlərin dərinləşməsinə mühüm töhfə verdiyini də diqqətə çatdırıb.

İqtisadi-ticari əməkdaşlıqdan danışan ekspert bildirib ki, yaxın illərdə iki ölkə arasında ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması nəzərdə tutulur. “Bu, bizim ticarət və iqtisadi potensialımızın gücləndirilməsi üzrə iddialı planlardan xəbər verir”, -deyə o əlavə edib.

Azərbaycanın dövlət başçısının Qazaxıstana səfərinin əhəmiyyətini vurğulayan ekspert deyib ki, süni intellektin inkişafı, rəqəmsallaşma, kreativ iqtisadiyyat iki qardaş ölkə arasında əməkdaşlığın əsas istiqamətləri kimi ortaya çıxır, bu istiqamətdə yeni perspektivlər açır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri