Icma.az
close
up
RU
Ən az dörd klub çempionluq uğrunda oynayacaq

Ən az dörd klub çempionluq uğrunda oynayacaq

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gələn mövsüm də 1-ci liqanın maraqlı olacağını gözləyirik. Bunu gözləmək üçün əsaslar da çoxdu.

Düzdü, ötən mövsüm "Qəbələ"nin ilk turlardan dominantlıq etməsi, uzun müddət məğlubiyyətsiz irəliləməsi, əsasən elitaya qalan iki vəsiqə uğrunda gərgin mübarizə getməsi bu liqaya ümumi marağı azaltmışdı. Gələn mövsüm isə ən azı dörd komandanın zirvəyə iddia edəcəyini deyə bilərik.
Birincisi elə "Səbail"di. Premyer-liqadan yuvarlanan Bayıl təmsilçisinin favoritlərdən olacağı şübhə doğurmur. Həm pis-yaxşı sponsoru, həm də normal infrastrukturu var. 2-ci liqada son ana qədər çempionluq mübarizəsi aparan "Şahdağ Qusar"la "Şəfa" da favoritlər arasında olacaq. Amma Qusar təmsilçisi ilə bağlı müəyyən şübhələrimiz də var. Komandanın baş məşqçisi Elnur Abdullayev və kapitanı Rahid Əmirquliyev hələ ki hədəfin bəlli olmadığını deyir. "Şahdağ Qusar"ın sabiq prezidenti Elçin Cananovla da iki dəfə əlaqə saxlamışıq, iclasın olacağını, yekun qərarların orda veriləcəyini veriləcəyini deyib.
Açığı, 1-ci liqada mübarizəyə ən həvəsli hazırlaşan klub elə "Şəfa"dı - istər transferləri ilə, istərsə də heyəti ilə. Qapında milliyə belə çağrılan biri, hücumda 1-ci liqa səviyyəsində, bəlkə də daha üstün futbolçu. Əlbəttə, Amil Yunanovu nəzərdə tuturam. Paytaxtın zəngin ənənələrəmalik klubu indiyə qədər “İmişli”dən Xəyal Tomarovu, “Səbail”dən Əlirza Müştəbazadə ilə Nihad Quliyevi transfer edib. Klubdan verilən açıqlamalardan da iddia yağır. “Şəfa” hazırda ehtiyac duymadığı futbolçuları göndərməklə məşğuldu. Paytaxt təmsilçisi artıq 15 futbolçu ilə yolları ayırıb.
Ötən mövsümün sonlarında 4-cü pilləyə qədər yüksələn, gələn mövsümdən sponsorla oynayacaq "Mingəçevir" də iddialılardandı. Füzuli Məmmədov təcrübəsi hesabına komandaı elitaya çıxara bilər. Həm sponsor, həm də şərait buna imkan verir. Nəzərə alaq ki, "Neftçi"nin son çempionluğunda yayda komandanı yığan məşqçi elə Füzuli Məmmədov olub. Komanda rəsmən iki futbolçu ilə vidalaşıb, transfer xəbəri yoxdu.
Əslində sponsor problemi yaşamasaydı, "Zaqatala" da bu siyahıda ola bilərdi. Təəssüf ki, “Music Gallery” klubu yarıyolda qoydu. Rəhbərlik maliyyə durumunu düzəldə bilsə, yaxşı heyət qurub çempionluq mübarizəsinə qoşulmaq olar.
Açığı, 1-ci liqada ötən mövsüm 18-ci, 20-ci turlarda bitsəydi, yəqin ki, "Baku Sportinq" də iddialılardan olardı. Lakin ardıcıl 10 oyunda qələbəsizlik, qeyri-sabit oyun ümidləri azaldır. Amma Buzovna klubu da köklü dəyişikliklərə gedib, 10 futbolçu ilə yolları ayırıb, 2-ci liqada kapitanı, bombardiri olan Röyal Nəcəfovu gətirib.
Düzdü, 1-ci liqada mövsüm avqustda yox, sentyabrda başlayacaq. Odu ki, burda yarışacaq klubların vəziyyəti düzəltmək üçün yetərincə vaxtı var.
Autsayderlərə gəlincə, yəqin ki, MOİK, "Cəbrayıl" və "Difai" 1-ci liqada qalmaq uğrunda mübarizə aparacaq.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyul 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri