Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

“Atletiko” çempionluq uğrunda mübarizədən çəkildi?!

“Atletiko” çempionluq uğrunda mübarizədən çəkildi?!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Görünür, La Liqada çempionluq uğrunda mübarizə sona qədər yalnız əzəli rəqiblər arasında gedəcək.

"Football-plus.az" xəbər verir ki, “Barselona” ilə “Real” qələbələri sıralayırsa, son üç oyunda yalnız 1 xal qazanan “Atletiko”nun ümidləri artıq “dəfn olunub”. Əslində ÇL-ə 4-cü vəsiqənin sahibi də, avrokuboklara yollanacaq son iki komanda da bəllidi. “Atletik”, “Betis” və “Vilyarreal” hədəfinə çox yaxın görünür.
“Barsa” “Jirona”dan ötən mövsümün qisasını necə lazımdısa, elə də aldı. “Blauqrana” Kataloniyanın kiçik təmsilçisinə iki dəfə 2:4 hesabıyla uduzmuşdu, bu dəfə isə iki 4:1-i var. Lap əvvəldən oyunun taleyi heç kimdə şübhə doğurmadı. Oyunun axarına tam nəzarət edən “Barsa” planauyğun şəkildə təzyiqi artırırdı. Hesab isə fasilə ərəfəsində avtoqol sayəsində açıldı. Amma 2-ci hissənin əvvəlində qonaqlar nadir əks-hücumların birində bərabərlik qolunu vurdu. Bu qol Flikin komandasını ruhdan salmadı, əksinə, təzyiq artdı. Levandovskinin iki qolu oyunun taleyini həll etdi. Sonda açıq oyuna üstünlük verən “Jirona” 4-cü qolu da buraxdı.
“Leqanes” İspaniyanın daha bir nəhənginin “dərisini soya bilmədi”. Borxa Ximenesin komandası bu mövsüm “Atletiko” ilə “Barsa”nı məğlub edə bilib. “Santyaqo Bernabeu”dakı oyunun ilk yarısından sonra “Real” da eyni aqibəti yaşamağa yaxın idi. Ona görə ki, Mbappenin penalti qoluna Dieqo Qarsiya ilə Raba dəqiq zərbələrlə cavab vermişdi. Amma “Leqanes”in indiyə qədər “Real”ı səfərdə məğlub edə bilməməsini də unutmağa dəyməzdi. Bu dəfə də ənənə pozulmadı. Ançelotti fasilədə yetirmələrinə necə “qulaqburması verdisə”, 2-ci hissə başlayan kimi Bellingem hesabı bərabərləşdirdi.
Qələbə topunun vurulması üçün braziliyalı vingerlərin – Vinisiusla Rodriqonun meydana çıxması lazım idi. Məhz Rodriqonun qazandığı cərimə zərbəsini Mbappe qola çevirdi. Beləliklə, “Barsa” – “Real” rəqabəti davam edir. Sona 9 tur, arada 3 xallıq fərq var.
Yığmaların oyunları üçün fasilə ərəfəsində La Liqada ardıcıl iki oyunda uduzan “Atletiko” əslində çempionluq şansını itirmişdi. Amma “hindular”ın hesabat turundakı rəqibi autsaydelərdən “Espanyol” idi, yəni onların qələbə qazanmaqla əhval-ruhiyyəni yaxşılaşdırmaq şansı vardı. Hər kəs paytaxt klubunun qələbəsini gözləyirdi. Ancaq nəticə fərqli oldu. Elitada qalmaq üçün çarpışan “Espanyol” ciddi müqavimət göstərməklə 1 xal ala bildi. 1-ci dövrədə bu komandalar qolsuz heç-heçəya razılaşmışdısa, bu dəfə qollar da oldu. Hesab ilk yarıda Aspilikuetanın ideal zərbəsindən sonra açıldı.
“Espanyol”un 2-ci hissədə təzyiqi hədsiz artırdığını, rəqibi öz qapısına sıxışdırdığını demək olmaz. Amma “tutuquşular” ələ düşən nadir imkanların birindən yararlandı. Daha dəqiqi, Lanqlenin səbəbkar olduğu penaltini Puado dəqiq yerinə yetirdi. “Real”ın ardından “Atletiko”ya da “badalaq vuran” “Espanyol” düşmə zonasından bir qədər aralandı. “Hindular” isə liderdən artıq 9 xal geri qalır.
Turun maraqlı oyunlarından biri də Sevilya derbisi idi. Düzdü, indi komandaların statusu fərqlidi. “Betis” avrokuboklar vəsiqə uğrunda oynayır, “Sevilya” isə ortabablar sırasındadı. “Betis” oyuna daha yaxşı başlasa da, hücuma atılsa da, rəqibin əks-hücumları daha təhlükəli olurdu. Məhz nominal qonaqlar 17-ci dəqiqədə hesabı açdı. Cəmi 8 dəqiqə sonra tablodakı rəqəmlər eyniləşdi. Ardından meydanda bərabər mübarizə getsə də, komandalar paltardəyişmə otağına yollanarkən “xiyarlar” irəli çıxdı. 2-ci hissə qarşılıqlı hücumlar şəraitində keçdi. Amma “Betis” hesabı qorumağı, deməli, həm də ardıcıl 6-cı oyunda qələbə qazanmağı bacardı.
Turun qalan oyunlarına gəlincə, “Osasuna”nın müqavimətini qıra bilməyən “Atletik” “Atletiko”ya yaxınlaşmaq imkanını qaçırdı. “Vilyarreal” “Xetafe”ni, “Real Sosyedad” “Valyadolid”i 2:1 hesabıyla məğlub etdi. “Rayo Valyekano” və “Valensiya” da turu qələbə ilə başa vurdu. Turun bazar ertəsi keçirilən son oyununda “Selta” ilə “Las Palmas” “sülh bağladı”.
27-ci turdan təxirə salınan oyun
Barselona – Osasuna 3:0

Torres, 11. Olmo, 21-p. Levandovski, 77. (42319)
29-cu tur
Barselona – Jirona 4:1

Kreyçi, 43. Levandovski, 61; 77. Torres, 86 – Qruneveld, 53. (48258)
Barselona: Şensnı, Kunde, Arauxo, Martines (Kubarsi, 81), Martin, Pedri (Torre, 88), E.Qarsiya (Balde, 81), Yamal, Qavi (F.de Yonq, 66), Lopes (Torres, 66), Levandovski.
Real – Leqanes 3:2
Mbappe, 32-p.; 76. Bellingem, 47 – D.Qarsiya, 33. Raba, 41. (73541)
Real: Lunin, Vaskes (Valverde, 72), Asensio, Rüdiger, F.Qarsiya, Kamavinqa, Modriç (Çuameni, 81), Bellingem, Dias (Vinisius, 62), Gülər (Rodriqo, 62), Mbappe.
Espanyol – Atletiko 1:1
Puado, 71-p. – Aspilikueta, 38. (30559)
Atletiko: Oblak, Aspilikueta (Reynildo, 81), Lanqle, Le Norman (Ximenes, 28), M.Lyorente, Lino (De Paul, 46), Simeone (Molina, 64), Barrios, Qallaher (Rikelme, 81), Qrizmann, Sörlot (Alvares, 64).
Betis – Sevilya 2:1
Kardoso, 25. K.Ernandes, 45+3 – Varqas, 17. (58538)
Atletik – Osasuna 0:0
(49671)
Xetafe – Vilyarreal 1:2
K.Peres, 29 – A.Peres, 15. Barri, 33. (11406)
Real Sosyedad – Valyadolid 2:1
Oyarsabal, 23. S.Qomes, 68 – Latasa, 90+4. (28151)
Alaves – Rayo Valyekano 0:2
Siss, 2. Dias, 58. (18336)
Valensiya – Malyorka 1:0
D.Lopes, 50. (44082)
Selta – Las Palmas 1:1
A.Qonsales, 45+2 – Moleyro, 48. (18549)
1. Barselona 29 21 3 5 82-28 66
2. Real 29 19 6 4 62-29 63
3. Atletiko 29 16 9 4 47-23 57
4. Atletik 29 14 11 4 46-24 53
5. Betis 29 13 8 8 40-36 47
6. Vilyarreal 28 13 8 7 51-39 47
7. Rayo Valyekano 29 10 10 9 33-31 40
8. Selta 29 11 7 11 42-42 40
9. Malyorka 29 11 7 11 28-35 40
10. Real Sosyedad 29 11 5 13 27-31 38
11. Sevilya 29 9 9 11 33-39 36
12. Xetafe 29 9 9 11 26-25 36
13. Jirona 29 9 7 13 37-45 34
14. Osasuna 29 7 13 9 33-42 34
15. Valensiya 29 7 10 12 32-46 31
16. Espanyol 28 7 8 13 27-40 29
17. Alaves 29 6 9 14 32-44 27
18. Leqanes 29 6 9 14 28-46 27
19. Las Palmas 28 6 7 15 32-47 25
20. Valyadolid 29 4 4 21 19-65 16
Bombardirlər: Levandovski (Barselona) – 25, Mbappe (Real) – 22, Budimir (Osasuna) - 15, Rafinya (Barselona), Sanset (Atletik) – 13.
Turun rəqəmi
521 – La Liqada oyun sayını bu həddə çatdıran Qrizmann əcnəbilər arasında rekordçuya çevrildi. “Atletiko”nun fransalı hücumçusu “Barselona”nın sabiq oyunçusu Messini (520) arxada qoydu.
Turun ulduzu
Robert Levandovski (Barselona) – niyə Mbappe yox, polşalı ulduz? Axı fransalının hesabında da derbidəki dubl var. Əvvəlcə “Jirona” ilə “Leqanes”in turnir cədvəlindəki yerinə baxmaq lazımdı. Üstəlik Mbappe hər iki qolu heç də özü qazanmadığı standart vəziyyətdən sonra vurub.
Turun sitatı
Miçel, “Jirona”nın baş məşqçisi:

“Barselona” bizdən güclüdü – bu aydındı. Nə qədər təzadlı görünsə də, üç qol buraxdığımız 2-ci hissədən daha çox razıyam. İlk yarıda, sadəcə, müşahidəçi rolundaydıq, rəqibin dominantlıq etməsinə imkan yaratmışdıq. Onlar maneəsiz top saxlayırdı, biz yalnız müdafiə olunurduq”.


Oyundan sonra
Hans-Dier Flik, “Barselona”nın baş məşqçisi:

“Hər şeydən çox nəticəni bəyəndim. Evə belə nəticə ilə qayıtmaq çox vacib idi. Levandovski komandada vacib rola malikdi. O, rəqibin cərimə meydançasında xüsusi şəxsdi”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Tək “Leqanes” yox, biz də hakimlikdən şikayətlənə bilərik, çünki ilk yarıda hesab 1:2 olarkən Diasa qarşı kobudluq olmuşdu. Bellingemlə bağlı epizodu görmədim. Hakim öz qərarını verdi, vəssalam. Mbappe çox yaxşı oynayır, fərq yaradır. Ondan elə bunu istəyirik. Dünən məşqdə cərimə zərbələri üzərində çalışdı və bu gün ona etibar etdik. “Atletiko” çempionluq yarışından çıxdımı? “Atletiko” çox ciddi komandadı, sona qədər mübarizə aparacaq”.


Fakt
Mbappe “Real”ın heyətindəki ilk mövsümdə qol sayına görə K.Ronaldo ilə Van Nistelroya çatdı. “Leqanes”lə oyunda dubl edən fransalı ulduz madridlilərin formasında bütün turnirlərdə keçirdiyi 45-ci oyunda qol sayını 33-ə çatdırdı. Portuqaliyalı və niderlanlı hücumçularla eyni göstəyiciyə malik Mbappe yalnız debüt mövsümündə bütün turnirlərdə 37 qol vuran çilili Samoranodan geri qalır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Aprel 2025 00:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see407

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see263

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see246

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see233

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see230

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see219

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see211

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see208

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see205

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see205

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see204

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see202

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see201

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see200

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see198

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see196

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see188

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see187

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see173

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

27 Sentyabr 2026 14:58see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri