Icma.az
close
up
RU
Ən bahalı və ən sərfəli zonalar: Bakıda kirayə bazarının xəritəsi...

Ən bahalı və ən sərfəli zonalar: Bakıda kirayə bazarının xəritəsi...

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

Bakıda kirayə mənzil bazarında son aylarda diqqət çəkən əsas tendensiya qiymətlərin ümumi şəkildə artmasıdır. Bəzi ərazilərdə bu artım daha sürətli hiss olunsa da, ümumi mənzərə sabit ucuzlaşma deyil, əksinə tədrici bahalaşma istiqamətindədir. Apardığımız araşdırmaya görə, bazarda kirayə qiymətləri aylıq orta hesabla təxminən 1.5 -2 faiz aralığında artıb, illik müqayisədə isə artım artıq 10–15 faizi keçib. Ən önəmli məqam odur ki, hazırda ciddi ucuzlaşma müşahidə olunmur, daha çox qiymətlərin yavaş-yavaş yüksəlməsi və bəzi yerlərdə sabit qalması tendensiyası var.

Şəhər daxilində qiymət artımı daha çox mərkəzə yaxın yerlərdə və infrastruktur baxımından inkişaf etmiş ərazilərdə hiss olunur. Nəsimi, Səbail, Yasamal və Nərimanov rayonları kirayə qiymətlərinin ən yüksək olduğu zonalar kimi siyahının başında qalır. Bu ərazilərdə qiymətlərin yüksək olmasının əsas səbəbi mərkəzə yaxınlıq, metro və nəqliyyat əlçatanlığı, iş yerlərinin və universitetlərin burada cəmləşməsi, həmçinin yeni tikililərin çoxluğu ilə bağlıdır.

Xüsusilə yeni mənzillərdə kirayə qiymətləri daha yüksək olur və 700–1400 manata yüksələ bilir, köhnə tikililərdə isə nisbətən aşağı olsa da, yenə də bazar üzrə yüksək səviyyədə qalır.

Bunun müqabilində Xətai, Nizami və Binəqədi kimi rayonlarda qiymət artımı mövcuddur, lakin bu artım mərkəzi rayonlarla müqayisədə daha yumşaq xarakter daşıyır. Burada həm daha münasib, həm də daha bahalı variantların paralel şəkildə mövcuddur. 

Daha sərfəli kirayə axtaranlar üçün isə Bakıətrafı və kənar rayonlar daha əlverişli seçim olaraq qalır. Sabunçu, Suraxanı, Qaradağ, Xəzər və Pirallahı rayonlarında, eləcə də Xırdalan və Masazır kimi qəsəbələrdə kirayə qiymətləri daha aşağıdır. Bu ərazilərdə 250–500 manat aralığında ev tapmaq mümkündür və əsasən daha sadə, köhnə tikililər üstünlük təşkil edir.

Bütün bunların fonunda bazarda həm münasib, həım balanslı seçimlər kimi Nərimanov, Xətai və Yasamalın mərkəzdən bir qədər uzaq hissələri göstərilir. Bu zonalar həm mərkəzə yaxınlığı, həm də nisbətən daha uyğun qiymətləri ilə seçilir və hazırda kirayə bazarında ən çox maraq görən ərazilərdən hesab olunur.

Ümumi nəticə ondan ibarətdir ki, Bakıda kirayə bazarında ucuzlaşma tendensiyası yoxdur. Əksinə, qiymətlər tədricən artır və bazar daha çox “bahalı sabitlik” mərhələsinə keçib. İndi kirayə seçimində əsas meyar yalnız qiymət deyil, həm də yerləşmə, nəqliyyat rahatlığı və həyat keyfiyyəti balansıdır.

Hazırda kirayə ev axtaranlar bir qədər səbrli davransalar iyun ayının əvvəllərində daha münasib qiymətlər əldə edə bilərlər. Bakının kirayə mənzil bazarında hər il təkrarlanan ən vacib mövsümi dəyişikliklərdən biri yay aylarında, xüsusilə iyun dövründə müşahidə olunur. Bu dövrün əsas xüsusiyyəti tələbələrin şəhəri tərk etməsi ilə bağlıdır və bu faktor bazarda qısamüddətli tarazlıq yarada bilir.

Mütəxəssislərin fikrincə, universitetlərdə tədris ilinin bitməsi ilə minlərlə tələbə kirayə mənzilləri boşaldır və bu, xüsusilə Yasamal, Nəsimi və Nərimanov kimi tələbə sıxlığı yüksək olan rayonlarda təklifin artmasına səbəb olur. Təklifin artması isə bəzi hallarda ev sahiblərini qiymətlərdə güzəşt etməyə vadar edir.

Lakin bu ucuzlaşma genişmiqyaslı və kəskin olmur. Əksinə, bazarda daha çox “sakitləşmə” və ya “qiymətlərin müvəqqəti sabitləşməsi” müşahidə edilir. Az sayda mənzildə 5–10 faiz civarında endirimlər mümkün olsa da, bu, ümumi bazar tendensiyasını dəyişmir.

Digər tərəfdən, bu dövr uzun sürmür. Avqustun sonu və sentyabr aylarında tələbələrin yenidən şəhərə qayıtması ilə kirayə bazarında aktivlik artır və qiymətlər yenidən yüksəlmə tendensiyasına daxil olur. Hətta bəzi illərdə bu dövrdə artım daha kəskin olub və bazarda ciddi rəqabət yaranıb.

Nəticə etibarilə, iyun ayı kirayə bazarında “real ucuzlaşma mövsümü” kimi yox, daha çox “qısa nəfəs alma dövrü” kimi xarakterizə olunur. Bu dövrdə seçim imkanları artır və bəzi evlərdə qiymət endirimi üçün danışıq şansı yaranır, lakin ümumi bazar qiymətlərində ciddi eniş gözlənilmir.

Nərgiz Liftiyeva,

Sitat.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://sitat.info
archiveBu xəbər 29 Aprel 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri