Icma.az
close
up
RU
“Ən böyük hədəfim UFC də döyüşməkdir” MMA döyüşçümüz Nərmin Əliyevanın ə MÜSAHİBƏSİ

“Ən böyük hədəfim UFC də döyüşməkdir” MMA döyüşçümüz Nərmin Əliyevanın ə MÜSAHİBƏSİ

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kişilərin üstünlük təşkil etdiyi MMA dünyasında özünə yer açmaq, üstəlik, beynəlxalq arenada ölkəni uğurla təmsil etmək asan deyil. Nərmin Əliyeva isə seçdiyi yolda inamla irəliləyir. Həvəskar MMA-da IMMAF versiyası üzrə Avropa və dünya çempionu olan idmançı peşəkar karyerasında da uğurlu çıxışlarını davam etdirir.

Azərbaycanlı döyüşçü İsveçdə keçirilən “Fight Club Rush” (FCR) turnirində yerli idmançı Mari Paulseni ilk raundda boğucu və ya ağrılı fəndlə təslim olmağa məcbur edərək məğlub edib və peşəkar karyerasında ikinci qələbəsini qazanıb.

Azərbaycan qadın MMA-sının ilk nümayəndələrindən biri olan Nərmin Əliyeva üçün bu qələbələr yalnız şəxsi uğur deyil, həm də özündən sonra gələn qızlar üçün yol açmaq imkanıdır.

İdman.Biz Nərmin Əliyeva ilə söhbətində onun karyerasının başlanğıcından, peşəkar MMA-dakı planlarından və Azərbaycan qadın döyüş idmanının gələcəyindən danışıb.

- Qadın MMA döyüşçüsü olmaq qərarını necə verdiniz? Bu idmana başladığınız vaxt ailənizin və ətrafınızdakı insanların reaksiyası necə oldu?

- MMA dünyanın ən populyar idman növlərindən biridir. Azərbaycanda bu idmanda yüksək nəticə göstərən qadın idmançı olmadığı üçün ilk olmaq istədim. Ailəm və yaxınlarım isə hər zaman mənə dəstək oldular.

- Azərbaycanda qadın MMA döyüşçülərinin ilk nümayəndələrindən birisiniz. Sizdən əvvəl bu yolu keçən idmançıların az olması karyeranızın başlanğıcında çətinlik yaradırdımı?

- Bəli, məndən əvvəl yüksək nəticə göstərən qadın idmançı olmadığı üçün qadınlara inam az idi. Ümid edirəm ki, mən irəlilədikcə digər qızlara da yol açılacaq. İstəyirəm ki, gələcəkdə MMA ilə məşğul olmaq istəyən azərbaycanlı qızlar məni nümunə götürsünlər. Mənim üçün uğur yalnız öz qələbələrim deyil, məndən sonra gələnlər üçün də yol açmaqdır.

Həvəskar MMA-da IMMAF versiyası üzrə Avropa və dünya çempionu olmusunuz. Peşəkar MMA-da özünüz üçün hansı hədəfi müəyyənləşdirmisiniz?

- Həvəskar karyeramda qazandığım uğurlar mənim üçün böyük motivasiyadır. İlk hədəfim dünya və Avropa çempionu olmaq idi. Bu məqsədə IMMAF və GAMMA təşkilatlarında nail olmuşam. İndi hədəfim UFC də döyüşmək və peşəkar karyeramda böyük uğurlar qazanmaq, dünyanın ən yaxşı döyüşçüləri arasında yer almaqdır.

- İsveçdə Mari Paulseni ilk raundda təslim olmağa məcbur etdiniz. Döyüşə necə hazırlaşmışdınız və qarşılaşmanın bu qədər tez başa çatacağını gözləyirdinizmi?

- Bizdə döyüşə hazırlıq çox vaxt döyüşün özündən daha çətin olur. Məşqlər həm fiziki, həm də psixoloji baxımdan ağır keçir. Mən çalışıram ki, döyüşü ilk raundda bitirim və buna uyğun plan qururam. Həmin qarşılaşmada da planımı həyata keçirə bildim.

- Azərbaycanda qadınların MMA ilə məşğul olmasına münasibəti necə qiymətləndirirsiniz? Sizcə, qızların bu idmana marağını artırmaq üçün hansı addımlar atılmalıdır?

- Azərbaycanda təəssüf ki, bəzi insan qadınların bu idmanda olmasını istəmir, döyüş idmanlarını yalnız kişilərə uyğun hesab edirlər. Amma mən inanıram ki, qadınlarımız istəsələr, kişilərdən də yaxşı nəticələr qazana bilərlər. Qızların bu idmana marağını artırmaq üçün onlara daha çox imkan yaradılmalı, bunun üçün onlara inam və dəstək lazımdır.

- Döyüşdən əvvəl qorxu və həyəcanla necə mübarizə aparırsınız? Heç olubmu ki, hansısa məqamda bu idmandan uzaqlaşmaq barədə düşünəsiniz?

- Döyüşdən əvvəl və döyüş zamanı qorxu və həyəcan keçirmirəm. Əksinə, döyüşəcəyim üçün xoşbəxt oluram. İstədiklərimi əldə etmədən bu idmandan uzaqlaşmaq barədə heç vaxt düşünməmişəm və düşünməyəcəyəm.

- Karyeranızın növbəti mərhələsində əsas hədəfiniz nədir? Gələcəkdə UFC kimi dünyanın aparıcı MMA təşkilatlarında çıxış etmək istəyirsinizmi?

- UFC-də çıxış etmək mənim ən böyük hədəflərimdən biridir. Ama indi ilin sonunda iki dünya çempionatında iştirak edəcəm və hazırda əsas məqsədim orada çempion olmaqdır. Daha sonra peşəkar yarışlarda çıxışımı davam etdirərək ən qısa zamanda UFC-yə yüksəlmək istəyirəm.

- Döyüşlərə hazırlaşmaq ciddi vaxt və maliyyə tələb edir. Hazırlıq xərclərini qarşılamaq və karyeranızı davam etdirmək baxımından çətinliklərlə üzləşirsinizmi?

- Təəssüf ki, Azərbaycanda sponsor tapmaq çətindir. Əsl idmançılara dəstək göstərənlər azdır və bu idmanda yeni olduğum üçün maddi baxımdan çətinliklər olur, amma bunun müvəqqəti olduğuna inanıram.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Oktyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri