Icma.az
close
up
RU
Ən çalışqan 6 bürc

Ən çalışqan 6 bürc

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağıllı və uğurlu şagirdlər adətən etdikləri işlərlə diqqət çəkirlər. Tez öyrənmə və anlama qabiliyyəti yüksək olan bu şagirdlər praktik zəka ilə də ön plana çıxırlar. Bəs məktəb həyatında ən uğurlu bürc hansıdır? 

News24.az ən çalışqan bürcləri təqdim edir:

ƏKİZLƏR BÜRCÜ

Adi məktəb həyatı, eyni dərslər heç vaxt Əkizlərin çoxşaxəli təbiətinə uyğun gəlmir. Təhsilləri müxtəlif fəaliyyətlərlə, fərqli əlavə dərslərlə dəstəklənərsə, çox xoşbəxt olurlar.

Özlərini ifadə edə bilmək onlar üçün çox vacibdir. Buna görə də ciddi qaydaların olduğu və sual verməyə az icazə verilən təhsil sistemi əvəzinə, daha sərbəst və elastik təhsil sistemi onları daha çox xoşbəxt edir.

ŞİR BÜRCÜ

Şir bürcü çalışqan olmağı sevir. Xüsusilə məktəb həyatında yeni biliklər öyrənmək və özünü inkişaf etdirmək onun üçün çox vacib ola bilər. Onlar sinifdə heç kimdən geri qalmaq istəməz. Həmişə ən yaxşı olmaq üçün dayanmadan çalışarlar.

Bütün diqqətin üzərlərində olmasını sevdikləri üçün müəllimlərin verdiyi suallara cavab verməyə can atarlar. Zəka və özünəinam onları uğura aparır. Məktəb həyatında da həddindən artıq özünəinamlı olan Şir bürcünün qiymət cədvəlində zəif qiymət görmək demək olar ki, mümkün deyil. Ulduzlu qiymətləri toplamağı və bununla fəxr etməyi sevirlər.

ƏQRƏB BÜRCÜ

Ayıq və ağıllı Əqrəblər məktəb həyatlarında dostluq münasibətlərində və müəllimlərlə dialoqlarında strateji davranırlar.

Öz mənafelərini yaxşı qoruyub, diqqət çəkməyi bacaran şagirdlərdir.

Sevdiklərini həddindən artıq sahiblənən Əqrəblər məktəb yoldaşları ilə möhkəm bağlar qura və onları qoruyub himayə edə bilərlər.

Əqrəblərə təhsil həyatında ən çox qazandıran xüsusiyyətləri isə strategiya qurmaq və mənfi vəziyyətləri öz lehinə çevirmək qabiliyyətləridir. Erkən yaşlarda idarəetmə bacarığı inkişaf edir.

QIZ BÜRCÜ

Qız bürcü məhsuldarlığı ilə diqqət çəkir. Təhsil həyatı boyunca hər şeyi asanlıqla öyrənər.

Əlifba öyrənən ilk uşaqlar arasında adətən Qız bürcü olur.

Qız bürcləri tapşırıqlarını gecikdirməz, detallara fikir verərək təqdim edərlər. Hər dövrü təqdirlə bağlayırlar. İmtahanlara nizamlı hazırlaşaraq əllərindən gələni edərlər.

Məktəbdə uğurlu olduqları kimi digər məsuliyyətlərini də yerinə yetirirlər. Həmişə özləri ilə yarışırlar.

OĞLAQ BÜRCÜ

Oğlaq astrologiyada ən qətiyyətli bürclərdən biridir. Oğlaq bürcündən olanlar həmişə parlaq təhsil həyatına sahib olurlar.

Məktəb qaydalarına ciddi şəkildə əməl edərlər.

Nizam-intizamlı və ölçülü davranışları ilə müəllimlərin diqqətini çəkirlər.

Liderlik xüsusiyyəti olan Oğlaqlar sinif nümayəndəsi kimi vəzifələri uğurla yerinə yetirirlər.

Oğlaq bürcü yaxşı gələcəyin yaxşı təhsildən keçdiyinə inanır. Həddindən artıq iddialı olduqları üçün yüksək qiymət almaq naminə sosial həyatlarını demək olar ki, tamamilə qurban verə bilərlər. Hər il uğur sertifikatı almağa öyrəşiblər.

QOÇ BÜRCÜ

Qoç bürcü iddialı təbiəti ilə seçilir. Uğurlu olmaq üçün durmadan çalışa bilər.

Qoç bürcünü uğura aparan əsas səbəb onun rəqabətçi ruhudur. Sinifdəki ağıllı və çalışqan şagirdlərdən geri qalmaq onlara dözülməz gəlir.

Qoç bürcü hər sahədə iddiasını ortaya qoyar. Təşəbbüskar olar. Dərslərə marağı həmişə yüksəkdir. Qiymət cədvəlində zəif qiymət görmək olmaz.

Əsasən ibtidai sinif yaşlarında daha çox iddialı olurlar. Yaxşı karyeraya sahib olmaq üçün təhsil həyatında da ən yaxşı olmaq lazım olduğunu bilirlər.


Məryəm İlhamqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri