Icma.az
close
up
RU
Ən çox generalı olan nazir Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

Ən çox generalı olan nazir Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

“General-leytenant” ali hərbi rütbəsi verilən general-mayor Adil Ələsgər oğlu Abdullayev isə fövqəladə hallar nazirinin müavinidir.

Hurriyyet.Az Oxu24.com-a istinadla xəbər verir  ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ən çox müavini olan nazirdir.

Prezident İlham Əliyevin 2014-cü il 05 may  tarixli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi haqqında əsasnamədə dəyişiklik edərək qurumda nazir müavinlərinin sayını 4-dən 6-ya qaldırıb.

Onun hazırda  6 müavini var.Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev vəzifədə olanda bu say 7 idi.

Heydərovun müavinləri kimlərdir?

General-leytenant Rəfail Xalid oğlu Mirzəyev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini

Rəfail Mirzəyev 1959-cu il fevralın 16-sı Gürcüstanın Marneuli rayonunda anadan olub.

2006-cı ilin mayın 3-ü Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini təyin edilib.

2007-ci il oktyabrın 31-i Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Rəfail Mirzəyevə 2002-ci il yanvarın 17-si "gömrük xidməti general-mayoru", 2005-ci il yanvarın 28-i "gömrük xidməti general-leytenantı" ali xüsusi rütbələri, 2006-cı il mayın 3-də isə "general-leytenant" ali hərbi rütbəsi verilib.

General-leytenant Rəfail Xalid oğlu Mirzəyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.Onun hazırda 66 yaşı var.

Tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağı-zadə -Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinidir.O,nazirin ən yaşlı müavinidir.Hazırda 74 yaşındadır.Bir müddət öncə səhəttində ciddi problem olduğu,infarkt keçirdiyi deyilirdi.

17.11.1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. Ailəlidir, 3 övladı var

General-leytenant Etibar Böyükbəy oğlu Mirzəyev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin növbəti müavinidir.O,da pensiya yaşına keçib.

30.11.1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib. Ailəlidir, 2 övladı var.

Orucəli Məmməd oğlu Hacıyev -Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.

20.04.1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutu və Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Tapdıq Əhliman oğlu Əmiraslanov Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.O,Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğludur.

Tapdıq Əmiraslanov Nazirlik yanında İctimai şuranın seçki komissiyasının sədridir.

07.02.1978-ci ildə Moskva şəhərində anadan olub.

ABŞ Hyuston Universiteti və St. Thomas Universitetini bitirib, iqtisad elmləri namizədidir.

Ailəlidir, 2 övladı var.

General-leytenant - Adil Ələsgər oğlu Abdullayev Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinidir.

21.09.1977-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

48 yaşlı A.Abdullayev ötən il fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib. O son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Abdullayev FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.

Hazırladı: Miri Məcidli

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Dekabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri