Icma.az
close
up
RU
Ən çox qazpulunu villalar ödəyəcək AÇIQLAMA

Ən çox qazpulunu villalar ödəyəcək AÇIQLAMA

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda təbii qaz üzrə ölkədaxili tarif maya dəyərindən aşağı olduğu üçün qiymətlərin tənzimlənməsinə zərurət yaranıb və dövlətin həyata keçirdiyi sosialyönümlü siyasət əsas götürülərək qərarlar qəbul edilib.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib. Tarif Şurasının qərarına əsasən, əhali üzrə illik istehlak həcmi 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik artırılaraq 20 qəpikdən 22 qəpik, 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində müəyyənləşib. 1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə cəmi 1,3 qəpik (8,7%) artırılıb: “Başqa sözlə, yeni tariflərin tətbiqindən sonra illik sərfiyyatı 1200 m3 olan 48% əhali üçün illik xərc orta hesabla 3 manat 84 qəpik artacaq. Bu göstərici əhalinin 39%-ni təşkil edən illik sərfiyyatı 1200 m3-dən – 2500 m3–dək olan istehlakçılar üzrə orta hesabla 17 manat 16 qəpik, ümumi əhali istehlakçılarının 13%-ni təşkil edən illik sərfiyyatı 2500 m3–dən çox olan istehlakçılar üzrə orta hesabla 89 manat 52 qəpik olacaq. Beləliklə, bu xərclər 48% abonent üzrə ayda 32 qəpik, 39% abonent üzrə ayda 1 manat 43 qəpik, 13% abonent (daha çox istehlak edən) üzrə ayda 7 manat 46 qəpik artacaq. Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - cəmi yarım qəpik artırılıb. Beləliklə, əsas artım böyük villaların üzərinə düşüb”.

Müşfiq Cəfərov deyib ki, bu il minimum əməkhaqqında artımı və minimum pensiyada nəzərdə tutulan artım nəzərə alınsa, əhali üçün təbii qazın qiymətində dəyişiklik zamanı həssas sosial qrupların mənafeyinin qorunmasının diqqət mərkəzində olduğu bir daha aydın olar: “Bir kub metr qazın qiyməti əhalinin 48%-i üçün 4,2%, əhalinin 39%-i üçün isə 10% artırılıbsa, yanvarın 1-dən minimum əməkhaqqı 15,9 faiz artırılıb, fevralın 1-dən minimum pensiya 14,2 faiz artırılacaq”.

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü təbii qazın ölkədaxili tariflərinin dəyişməsindən sonra da Azərbaycanda əhali üçün qazın qiymətinin qonşu ölkələrdən aşağı olduğunu bildirib: “Tariflərin tənzimlənməsindən sonra əhali istehlakçıları üzrə təbii qazın 1000 kub metrinin qiyməti Azərbaycanda 125-300 manat olacaq. Manat ekvivalenti ilə götürülsə, bu göstəricinin Gürcüstanda ən aşağı səviyyəsi 210 manat, yuxarı səviyyəsi isə 328 manat təşkil edir. Eynilə Türkiyədə 462-519 manat, Ermənistanda 430-618 manatdır”.

Müşfiq Cəfərov təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirildiyini də bildirib. Onun sözlərinə görə, bu zaman da əhalinin sosial müdafiəsi əsas götürülüb. Əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə 0,4 qəpik (5%) artırılıb.

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü suyun qiymətində artımın olması barədə deyilənlərin isə əsassız olduğunu vurğulayıb: “Manipulyasiya olunur ki, suyun da qiyməti qalxıb. Halbuki heç bir artım olmayıb, sadəcə qoşulmalara görə tariflər müəyyən olunub”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Yanvar 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri