Icma.az
close
up
RU
“Ən çox sovet dövründəki günlərimin həsrətini çəkirəm” 91 yaşlı Ceyran Həşimova FOTO

“Ən çox sovet dövründəki günlərimin həsrətini çəkirəm” 91 yaşlı Ceyran Həşimova FOTO

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Musavat.com-un növbəti həmsöhbəti tarzən, Azərbaycanın Xalq artisti, "Lalə" qızlar ansamblının yaradıcısı Ceyran Həşimovadır. 91 yaşlı sənətkarla söhbətimizə səhhətindən danışmaqla başladıq:

-Havalar mənə pis təsir edir. Ürək təzyiqim düşür, qalxmır, qan təzyiqim isə yüksək olur. Bütün günü dərmanlar içirəm. Belədir də, yaş öz işini görür. İstər - istəməz soyuq havalarda lap çox əziyyət çəkirəm. Bu günə kimi yaşamışam, həyatdayam, min şükür.
Heç yerə gedə bilmirəm, evdə oluram. Televiziyalardan zəng edib, məni efirlərə dəvət edirlər. Sağ olsunlar ancaq səhhətimlə bağlı gedə bilmirəm. Unudulmuram, bu, mənə xoş gəlir. Zəhmətim hədər getmədi.

-Tək yaşmaq sizin üçün çətin olar. Qayğınıza kim qalır?

-Oğlum gəlir, gəlinim baxır, nəvələrim məni yoxlayır. Hamısından razıyam. Onlara elə tərbiyə vermişəm ki, böyüyü unutmazlar. Ansamblın qızları gəlib baş çəkirlər. Rəhilə Bəndəliyeva, tarzən Elmira, Ruhəngiz Allahverdiyeva tez-tez gəlib məni görürlər. Heç kimdən incimirəm, indi elə zəmanədir ki, hər kəsin başı özünə qarışıb. Gələn də, gəlməyən də sağ olsun. İndi adamın heç öz yaxın bacısı, qardaşı gəlib ona dəyə bilmir, hamı işində, gücündədir. Oğlum, gəlinim sağ olsunlar. Mən onlara yaxşı olmuşam, onlar da bunun qarşılığını verirlər.

-İncəsənətimizdə yarpaq tökümü baş verir. Sevilən sənətkarlarımız bir-bir həyatdan gedirlər. Ötən gün də tarzən Ramiz Quliyevi itirdik.

-Çox gözəl tarzən idi. Onunla heç vaxt yaxınlığım olmayıb, amma sənətini bəyənmişəm. Pandemiya sənət adamlarını ard-arda apardı. Nə qədər gözəl sənətkarımız dünyadan köçdü.

-İndiki musiqimizi, sənətimizi izləyirsinizmi?

-Sənət o vaxtlar var idi. İndi isə sənətə qiymət verən yoxdur. İndi televiziyalara elə adamları dəvət edirlər ki, adam deyir bunu nəyə görə buraya çağırıblar?

Nisə Qasımova, Rəhilə Bəndəliyeva, Kəmalə Rəhimli, Firuzə İbadova, Ruhəngiz Allahverdiyeva kimi tələbələrim olub. O dövrdə əsil sənət var idi. Təsəvvür edin ki, mən 15 il kirayədə yaşamışam. Lakin mən bir dəfə də olsun deməmişəm ki, gedim başqa işlə məşğul olum, pul qazanım. Ancaq sənətlə yaşamışam. Biz sənət fədaisi idik. İndi isə fədai yoxdur.

-Ceyran xanım, ən çox hansı illərin, günlərin xiffətini çəkirsiniz?

-Ən çox sovet dövrünün həsrətini çəkirəm. Qastrol səfərləri, alqışlar, gül dəstələri bizim təsəllimiz idi. Azərbaycanda elə bir yer yox idi ki, orada konsertimiz olmasın. Elə olurdu ki, rayonlarda meyvə ağaclarını kökündən çıxarıb bizə verirdilər. Elə gözəl günlər görmüşük ki, indikilər heç vaxt onları görə bilməzlər.

-Hazırda sizi həyata bağlayan nədir? Nə sizə stimul verir?

-Oğlum, gəlinim, nəvəm və nəticəmdir. Bu yaşda məni həyata başqa nə bağlayar ki. Ancaq onların sağlığı, xoşbəxtliyini istəyirəm. Qarabağ azad olunub. Bu da məni sevindirir. Mən o acı günləri görmüşəm.

- Nəvə şirindir, yoxsa nəticə?

-Mən ilk növbədə övladımı istəyirəm. Çünki o olmasa nə nəvə, nə də nəticə olar.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Oktyabr 2025 00:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri