Icma.az
close
up
RU
Ən çox uşaqlarda və 40 yaşdan sonra yaranan görmə problemi: Hipermetropiya nədir?

Ən çox uşaqlarda və 40 yaşdan sonra yaranan görmə problemi: Hipermetropiya nədir?

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gözdə yaranan problemlərdən biri də uzaq görmədir. Hipermetropiya adlanan bu problem zamanı uzaqda olan obyektlər, cismlər normal görülsə də, yaxından görmə çox zəif olur.

Belə bir problemin olduğunu necə bilmək olar? Uzaq görməyə ən çox kimlərdə rast gəlinir? Hipermetropiya necə müalicə olunur?

Saglamolun.az e-tibb.az-a istinadən oftalmoloq Mehriban Əlizadənin yazdığı məqaləni təqdim edir:  

Hipermetropiya, bir insanın uzaqdan uzaq obyektləri görə biləcəyi, ancaq yaxınlıqlarının bulanıq və normal görünmədiyi bir vəziyyətdir.

Hipermetropiya zamanı gözdən keçən şüalar tor qişanın görmə mərkəzində deyil, arxasında toplanır. Bunun nəticəsində yaxındakı cisimlər bulanıq, uzaq cisimlər isə nisbətən daha az bulanıq görünür. Digər əlamətləri isə başağrısı, göz yorğunluğu, akkomodativ problemlər, göz tənbəlliği, çəplikdir. Səbəbi göz almasının ölçüsünün kiçik olması və ya buynuz qişa və büllurun patoloji dəyişikliyidir.

Hipermetropiya əsasən kiçik yaşlı uşaqlarda və 40 yaşdan sonrakı dövrdə özünü göstərir. Bəzi gənc insanlarda hipermetropiya az dərəcədə olduqda gözün  akkomodasiya qabiliyyətinin hesabına görmədə çox şikayətlər olmur. Yaşlı insanlarda isə büllurda baş verən sklerotik dəyişikliğə bağlı hipermetropiya (presbiyopiya)  meydana çıxır. Risk faktorlarına şəkərli diabet, müəyyən dərmanlar, bəzi şişlər, travma aiddir.

3 klinik kateqoriyası var:

1. Sadə hipermetropiya - Bioloji dəyişikliğə bağlı müşahidə olunur. Burada göz almasının ölçüsünün qısa olması, büllürün eğrilik radiusunun normaya görə yastı olması nəticəsində meydana çıxır.

2. Patoloji hipermetropiya - Anormal inkişafa, travmaya, şiş xəstəliklərinə, göz içi cərrahiyyəyə bağlı görülür. Afak ( göz içi büllurun olmaması) xəstələrdə də yüksək hipermetropiya olur.

3. Funksiyonal hipermetropiya-Akkomodasiyaya cavabdeh əzələlərin iflicinə bağlı özünü göstərir. Gözün III sinir iflicində görülə bilər.

Hipermetropiyanın dərəcəsinə bağlı 3 foması var:

1. Aşağı dərəcəli hipermetropiya - Qırma qusuru +2.0 D D  azdır

2. Orta dərəcəli hipermetropiya - Qırma qüsuru +2.0 ilə +5.0 D arasındadır

3. Yüksək dərəcəli hipermetropiya - Qırma qüsuru +5.0 D dən yüksəkdir.

Müalicəsi:

- Gözluk taxmaq. Hipermetropiyanın müalicəsində konveks linzalar təyin edilir.

- Kontakt linza taxmaq. Kontakt linzaların üstünlüğü birbaşa buynuz qişa üzərinə təmas etdiyi üçün periferik görmə rahat olur.

- Buynuz qişada refraktiv cərrahiyyə və ya yüksək dərəcələrdə göz içi cərrahiyyəsi.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri