Ən çox vergi borcu olan sahələr niyə açıqlana bilməz? RƏSMİ
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Vergi borclarının məbləğinə görə iqtisadi fəaliyyət sahələri üzrə reytinq və ya sıralama təqdim edilmir.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, vergi borcları üzrə göstəricilər gündəlik əsasda vergi öhdəliklərinin yaranması, ödənilməsi, dəqiqləşdirilməsi, məhkəmə qərarları, inzibati prosedurlar və digər hüquqi əsaslarla davamlı olaraq dəyişən (dinamik) məlumatlardır.
"Buna görə də iqtisadi fəaliyyət sahələrinin vergi borcunun məbləğinə görə hər hansı reytinq və ya sıralama şəklində təqdim edilməsi müəyyən zaman kəsiyində belə öz aktuallığını itirə və obyektiv mənzərəni tam əks etdirməyə bilər", - deyə məlumatda vurğulanıb.
Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi borclarının yaranmasının qarşısının alınması və borcların vaxtında ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən mütəmadi məlumatlandırma və inzibati tədbirlər həyata keçirilir. Bu istiqamətdə fəaliyyət iki mərhələdə aparılır.
Məlumata görə, birinci mərhələdə vergi borcu yaranmamışdan əvvəl vergi ödəyicilərinə onların vergi öhdəlikləri, ödəniş müddətləri və qanunvericilikdən irəli gələn tələblər barədə mütəmadi məlumatlandırma və maarifləndirmə işləri görülür.
İkinci mərhələdə isə vergi borcu yarandıqdan sonra xəbərdarlıq xarakterli tədbirlər həyata keçirilir. Belə ki, borc yarandıqdan sonrakı ilk iş günü vergi ödəyicisinə borcun beş gün müddətində ödənilməsi barədə elektron və yazılı bildiriş göndərilir. Həmin bildirişdə borcun vaxtında ödənilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati tədbirlərin tətbiq ediləcəyi barədə də məlumat verilir.
Qurumdan o da vurğulanıb ki, vergi ödəyicisi göstərilən müddətdə borcunu ödəmədiyi halda vergi orqanı qanunvericiliyə uyğun olaraq müvafiq inzibati tədbirlərin həyata keçirilməsinə başlayır.
Həmçinin qeyd edilib ki, vergi ödəyiciləri borcları barədə məlumatı 195-1 Çağrı Mərkəzi, gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsi, vergi ödəyicilərinə xidmət mərkəzləri, eləcə də VÖEN-i daxil etməklə vergi borclarının yoxlanılması elektron xidməti vasitəsilə əldə edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 06 Avqust 2026 07:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















