Ən faydalı üzüm növü
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı diyetoloq Sofiya Kovanova üzüm seçərkən nələrə diqqət edilməli olduğunu izah edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, AİF.ru nəşrinə müsahibəsində danışıb.
Mütəxəssis qeyd edib ki, tünd rəngdə olan üzüm sortları ən faydalı hesab edilir.
"Antioksidantlarla ən zəngin olan tünd üzüm sortlarıdır, ardınca qırmızı sortlar, daha sonra isə yaşıl sortlar gəlir. Əzilməmiş üzümlər seçmək lazımdır. Əgər yanındakı budaqda çürümüş və ya kiflənmiş giləmeyvə olsa, həmin üzümü almamaq daha yaxşıdır", - deyə Sofiya Kovanova qeyd edib.
Mütəxəssisin sözlərinə görə, üzümün ən faydalı hissəsi qabığıdır, lakin mədə-bağırsaq traktı həssas olan insanlar onu həzm etməkdə çətinlik çəkə bilərlər.
"Lakin qabığı çıxarılarsa, o zaman üzümün elə bir faydası qalmayacaq və onu yeməmək də olar", - deyə Sofiya Kovanova əlavə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:135
Bu xəbər 19 İyul 2026 05:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















