Icma.az
close
up
RU
Ən güclü Android smartfonları

Ən güclü Android smartfonları

Icma.az bildirir, Lent az portalına istinadən.

AnTuTu bençmark platforması 2026-cı ilin iyun ayının nəticələrinə əsasən ən güclü Android smartfonlarının reytinqini dərc edib. Siyahıya yalnız Android əməliyyat sistemi ilə çalışan cihazlar daxil edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, reytinqdə ilk yeri 4,14 milyon xal nəticə göstərən iQOO 15 Ultra tutub.

Smartfon yüksək performansını Snapdragon 8 Elite Gen 5 prosessoru, 7400 mAh tutumlu batareyası və təkmilləşdirilmiş soyutma sistemi sayəsində əldə edib. Hazırda bu model AnTuTu testlərinə əsasən ən güclü Android smartfonu hesab olunur.

İkinci pillədə RedMagic 11S Pro+, üçüncü yerdə isə iQOO 15 qərarlaşıb. Hər iki model AnTuTu testində 4 milyondan çox xal toplayıb. Müqayisə üçün qeyd olunur ki, iPhone 17 Pro Max analoji testlərdə təxminən 3 milyon xal əldə edir.

İlk onluqda üstünlük tamamilə Snapdragon 8 Elite Gen 5 prosessoru ilə təchiz olunan flaqman modellərə məxsusdur. Reytinqə həmçinin vivo X300 Ultra, realme GT8 Pro, Honor Win, Oppo Find X9 Ultra, Honor Magic 8 Pro və Honor Magic 8 də daxil olub.

Siyahıda MediaTek prosessoru ilə çalışan yeganə model iQOO 15T olub. Bu smartfon Dimensity 9500 çipi ilə təchiz edilib.

AnTuTu orta büdcəli smartfonlar arasında da ayrıca reytinq hazırlayıb. Bu kateqoriyada ilk onluğun bütün modelləri MediaTek prosessorları ilə işləyir. Siyahının lideri iQOO Z11, ikinci yerdə isə Honor 600 Pro qərarlaşıb.

Məlumata görə, Snapdragon 8 Gen 6 prosessoru ilə təchiz olunacaq ilk smartfonlar, o cümlədən Xiaomi 18, sentyabr ayından etibarən satışa çıxacaq. Qualcomm-un yeni flaqman çipləri adi və Pro versiyalarında təqdim ediləcək, 2 nanometrlik texnoloji proses əsasında hazırlanacaq və şirkətin ən bahalı smartfonlarında istifadə olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 İyul 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri