Icma.az
close
up
RU
Ən güclü küləklərin əsdiyi PLANET

Ən güclü küləklərin əsdiyi PLANET

Icma.az bildirir, Modern.az portalına istinadən.

Astronomlar Yerdən təxminən 520 işıq ili uzaqlıqda, bizim Süd Yolu qalaktikamızda yerləşən böyük qaz planetində Günəşə bənzər bir ulduzun ətrafındakı sıx orbitdə saatda təxminən 33.000 kilometr sürətlə əsən küləklər aşkar ediblər. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir və 9,5 trilyon kilometrə bərabərdir.

Modern.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, WASP-127b-nin ekvatorunda dövr edən səsdən sürətli reaktiv axın küləkləri hər hansı məlum planetdə öz növünün ən sürətlisidir.

“Astronomy & Astrophysics” jurnalında dərc olunan tədqiqatın aparıcı müəllifi, Almaniyanın Höttingen Universitetinin astrofiziki Liza Nortmann bildirib: “Həmin qaz planetində olduqca sürətli çevrəvi reaktiv külək tapılıb. Küləklərin sürəti təəccüblü dərəcədə yüksəkdir”.

Günəş sistemimizdən kənarda - ekzoplanet adlanan 5800-dən çox planet kəşf edilib. WASP-127b “isti Yupiter” adlanan bir planet növüdür və öz ulduzuna çox yaxın orbitdə fırlanan qaz nəhəngidir. Onun diametri Günəş sistemimizin ən böyük planeti olan Yupiterdən təxminən 30 faiz böyükdür. Lakin WASP-127b-nin kütləsi Yupiterin kütləsinin cəmi 16 faizini təşkil edir ki, bu da onu indiyədək müşahidə edilən ən sıx və şişkin planetlərdən birinə çevirir.

“WASP-127b qaz nəhəngi planetidir, yəni, onun atmosfer qatlarının altında qayalı və ya bərk səthi yoxdur. Bunun əvəzinə, müşahidə olunan atmosferin altında sıxlıq və təzyiq artdıqca, planetin dərinliyinə gedən qazın həcmi çoxalır”, - deyə Almaniyanın Münhen Lüdviq Maksimilian Universitetinin astrofiziki David Kont bildirib.

Nəhəng qaz planeti öz ulduzunun ətrafında təxminən dörd gündən bir Yerlə Günəş arasındakı məsafənin təxminən 5 faizi qədər fırlanır və onu ulduz radiasiyası ilə yandırır. Ayımız Yerlə olduğu kimi, WASP-127b-nin bir tərəfi həmişə öz ulduzuna - gündüz tərəfinə baxır. Onun atmosferi təxminən 1127 dərəcə Selsi təşkil edir, qütb bölgələri isə daha az istidir.

Yupiter kimi, WASP-127b də əsasən hidrogen və heliumdan ibarətdir, lakin onun atmosferində də bu araşdırmada müəyyən edilmiş karbonmonoksit və su kimi daha mürəkkəb molekulların izləri var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Yanvar 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri