Icma.az
close
up
RU
“Ən güclü universitetlər belə mükafat qazana bilmədilər” BANM rektoru nüfuzlu yarışmadan yazdı

“Ən güclü universitetlər belə mükafat qazana bilmədilər” BANM rektoru nüfuzlu yarışmadan yazdı

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Facebook” səhifəsində Bakıda keçirilən, dünyanın 70 ən nüfuzlu ali məktəbinin qatıldığı “ICPC Dünya Finalı 2025”-in nəticələrindən yazıb.

“AzPolitika” rektorun qeydlərini təqdim edir:\“Dünya üzrə ən prestijli texnoloji-intellektual yarışmalardan biri olan “ICPC Dünya Finalı” Bakıda yekunlaşdı.

ICPC – Beynəlxalq Universitetlərarası Proqramlaşdırma üzrə Müsabiqə dünyanın ən nüfuzlu, ən rəqabətli və texnoloji şirkətlərin ən çox diqqət yetirdiyi yarışmalardan biridir.

Yarışda Azərbaycanı iki komanda – Bakı Ali Neft Məktəbi (BANM) və ADA komandaları təmsil edib.
Finalın yekun nəticələrinə əsasən, komandalarımızı uğurlu çıxışlarına görə ürəkdən təbrik edirəm. Dünyanın “top-100”-də olan universitetlərlə rəqabət aparan gənc universitetlərimiz üçün bu, həm ilk təcrübə, həm də gələcək yarışlar üçün motivasiya oldu.

Bəs bu final bizim komandalar üçün niyə uğurlu hesab edilə bilər?
Dünyanın ən tanınmış, ən güclü universitetlərinin komandaları arasında amansız mübarizə getdi.
Ən güclü universitetlər belə mükafat qazana bilmədilər.

Təsəvvür edin ki, 12 sualın cavabını heç bir komanda yaza bilmədi. 1-ci yerə çıxan komandalardan yalnız biri 11 suala cavab yaza bildi.

Bəli, biz 5 suala cavab vermişik. Ancaq gümüş medal qazanan və dünyanın 1 nömrəli universiteti olan Massaçusets Texnoloji İnstitutunun komandası 9 suala cavab tapdı. Maraqlısı budur ki, Massaçusets Texnoloji İnstitutunun komandasının 3 üzvündən ikisi rus, biri isə çinli idi. Bizim komandalarda isə bir əcnəbi vətəndaş belə yox idi. Ümumiyyətlə, Amerika və Avropa universitetlərinin komandalarının əksəriyyətində iştirakçıların əsasını çinlilər təşkil edirdi.

Mən, təbii ki, bir neçə gün ərzində həmin final iştirakçıları ilə çoxsaylı görüşlər keçirərək güclü və zəif tərəflərimizi aydınlaşdırmağa çalışdım. Burada iştirak edənlərin əksəriyyəti proqramlaşdırma ilə universitet illərində deyil, çox kiçik yaşlardan (4-5-ci siniflərdən) ciddi şəkildə məşğul olurlar.

Saysız-hesabsız olimpiadalarda iştirak edirlər.

ABŞ, Çin, Yaponiya, Koreya, Sinqapur kimi ölkələrin texnoloji şirkətlərinin universitetlərə dəstəyini də unutmaq olmaz.

Bu universitetlərin yaşı, təcrübəsi, akademik heyəti və büdcələri ilə bizim imkanlarımız müqayisəolunmazdır.

14 yaşını qeyd etməyə hazırlaşan BANM üçün isə bu, ilk yarış idi. Biz həvəsləndirici mükafata layiq görüldük. Mən öz komandamızı və yalnız azərbaycanlı tələbələrdən ibarət heyətimizi ürəkdən təbrik edirəm. Nəhəng universitetlərlə rəqabət aparmaq və qalib gəlmək istəyinizə görə sizə “əhsən” deyirəm. Eyni zamanda ADA Universitetinin komandasına da təbriklərimi çatdırıram.

Gələcəkdə qazandığımız təcrübəni nəzərə almaqla daha böyük uğurlara imza atacağımıza əminəm.

ICPC 2025-in qızıl, gümüş və bürünc medallarını isə əsasən Çin, Rusiya, Yaponiya və ABŞ komandaları qazandılar.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Sentyabr 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri