Icma.az
close
up
RU
O yarışda ən güclü universitetlər belə mükafat qazana bilməyiblər Rektor

O yarışda ən güclü universitetlər belə mükafat qazana bilməyiblər Rektor

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Dünya üzrə ən prestijli texnoloji intellektual yarışmalardan biri olan ICPC Dünya Finalı Bakıda yekunlaşdı. ICPC - Beynəlxalq Universitetlərarası Proqramlaşdırma üzrə Müsabiqə dünyanın ən nüfuzlu, ən rəqabətli, dünyanın texnoloji şirkətlərinin ən çox diqqətində olan bir yarışmadır. Yarışda Azərbaycanı iki komanda, Bakı Ali Neft Məktəbi (BANM) və ADA komandaları təmsil edib. Finalln yekun nəticələrinə əsasən, komandalarımızı uğurlu çıxışlarına görə ürəkdən təbrik edirəm".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bildirib.

O yarış haqda fikirləini bölüşüb:

"Dünyanın top 100-də olan Universitetlərlə rəqabət aparan gənc Universitetlərimiz üçün bu həm ilk təcrübə və həm də gələcək yarışlar üçün bir motivasiya oldu. Bu finalı nə üçün uğulu hesab etmək olar bizim komandalar üçün? Dünyanın ən tanınmış, ən güclü universitetlərinin komandaları arasında amansız mübarizə gedib. Ən güclü universitetlər belə mükafat qazana bilməyiblər. Siz təsvir edin ki, 12 sualın cavabını heç bir komanda yaza bilmədi. 1 -ci yerə çıxan 4 komandadan yalnız 1-i 11 suala cavab yaza bildi. Bəli biz 5 suala cavab yazmışıq. Ancaq gümüş medal qazanan və dünyanın 1 nömrəli Universiteti olan Massaçusets Texnoloji İnstitutunun komandası 9 suala cavab tapdılar. Maraqlısı odur ki, Massaçusets Texnoloji İnstitutunun komandasının 3 üzvünün ikisi rus və biri çinli idi. Bizim komandalarda isə bir əcnəbi vətəndaş yox idi.

Ümumiyyətlə, Amerika və Avropa Un-nin komandalarının əksəriyyətində komanda üzvlərinin əsasını çinlilər təşkil edirdi. Mən təbii ki, bir neçə gün ərzində həmin final iştirakçıları ilə çoxsaylı görüşlər keçirərək güclü və zəif tərəflərimizi aydınlaşdırmağa çalışdım. Burada iştirak edən iştirakçıların əksəriyyəti proqramlaşdırma ilə Universitetlərdə deyil, çox kiçik yaşlarından (4-5 ci siniflərdən) ciddi surətdə məşğul olurlar. Saysız hesabsız olimipiadalarda iştirak edirlər. ABŞ, Çin, Yaponiya, Koreya, Sinqapur kimi ölkələrin Texnoloji şirkətlərinin Universitetlərə dəstəyini də unutmaq lazım deyil. Bu Universitetlərin yaşı, təcrübələri, akademik heyəti və büdcələri müqayisə olunmazdır. 14 yaşını qeyd etməyə hazırlaşan BANM üçün isə bu ilk yarış idi.

Rektor deyib ki, BANM həvəsləndirici mükafata layiq görülüb: "Biz həvəsləndirici mükafata layiq görüldük. Mən öz komandamızı və yalnız öz Azərbaycanlılarımızdan ibarət olan tələbələrimizi ürəkdən təbrik edirəm. Nəhəng Universitetlərlə rəqabət aparmaq və qalib gəlmək istəyinizə görə əhsən deyirəm. Eyni zamanda ADA Universitetinin komandasına da təbriklərimi çatdırıram. Gələcəkdə qazandığlmız təcrübəni nəzərə almaqla daha böyük uğurlara imza atmağımıza əminəm. İCPC2025 qızıl, gümüş və bürünc medalları isə əsasən Çin, Rusiya, Yaponiya, ABŞ komandaları qazandılar".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Sentyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri