Icma.az
close
up
RU
Ən hiyləgər, güclü, ağıllı BÜRC

Ən hiyləgər, güclü, ağıllı BÜRC

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əqrəb bürcü insanları özünə hər mövzuda güvənən, hiyləgər, enerjili və bacarıqlı insanlardır.

Həyatın hər sahəsinə maraqları vardır. Əqrəblər daim uğur əldə etmək istəyirlər. Uğuru əldə etdiyində isə yeni bir hədəf seçərək yenidən mübarizəyə başlayırlar. Onlar sözlərə çox ehtiyac duymazlar. Çünki içlərindəkini gözləri ilə ifadə edirlər. Bütün bürclər arasında təkcə onların bir baxışından sevgisini və ya nifrətini anlaya bilərsiniz. Şübhəçi bir xarakterə sahibdirlər. Bu səbəbdən də heç kəsə və heç nəyə asanlıqla inanmazlar. Ancaq inandıqları şeyi müdafiə etməkdən də heç vaxt çəkinməzlər. Əqrəblər fiziki olduğu qədər mənəvi baxımdan da güclüdürlər. Onlar heç bir zaman özlərini aldatmazlar. Həqiqət acı da olsa üz-üzə gəlməkdən çəkinməzlər.

Onlar irəlini görə bilən insanlardır. Gələcəklə bağlı təxminləri adətən gerçəkləşir. Əqrəb bürcü bütün bürclər arasında ən ciddi, ən gərgin və ən çox sirr saxlayan bürcdür. Müşahidə qabiliyyəti yüksək səviyyədədir. Hissləri daim açıq şəkildə bəllidir. Hücuma keçməyə hazırdır. Olduqca ziddiyyətli bir xarakterə sahibdir. Sevimli və əliaçıq olması məlum xüsusiyyətləri arasındadır. Son dərəcə sadiqdir. Onlar üçün gülmək olduqca çətindir. İncidilmiş əqrəb bürcü insanı üçün tək bir çıxış yolu vardır. İntiqam almaq. Həddən artıq soyuqqanlılıq göstərir və bu mövzuda bürclər arasında ondan yaxşısı yoxdur. Dostluqları həddindən artıq həssas və diqqətli olması səbəbindən pozulur. Hətta bəzən düşmənçiyilə belə çevrilə bilər. Əqrəb bürcü insanlara güvənməkdə son dərəcə çətinlik çəkə bilər. Qarşısındakı insanın həqiqətən səmimi olduğuna əmin olmalıdır. Bu da həqiqətən uzun bir zaman alacaqdır. Yenə də Əqrəb bürcü insanı bir dəfə güvənərsə, qarşısındakı insana qarşı səmimi olacaqdır.

Hislərini idarə etməyi bilən Əqrəblər, bunu enerjiləri üçün yararlı bir şəkildə istifadə edə bilərlər. Ancaq hisslərini itirən bir əqrəb zəhərli ola bilər. Bu zaman insanları zəhərləməyəcəkləri qədər uzaqlaşmaları lazım gəlir. Bütün bürclər arasında Əqrəb bürcü qədər həm yaxşı, həm də pis işlər edə biləcək başqa bir bürc yoxdur. Etdikləri hər şeyi çox yüksək ciddiliklə edirlər. Məqsədləri hər zaman dəqiq bir sərhədlə çərçivələnmişdir. Hər şey hədəflərini necə əldə edəcəkləri ilə əlaqəlidir. Hədəflərinə çatmaq üçün qarşılarına çıxan hər şeylə mübarizə aparmağa hazırdırlar və mümkün olduğunca problemləri yox etmək üçün çalışırlar.

İnsanların oyunlarını, planlarını və strategiyalarını pozmaq onlar üçün çox önəmlidir və bunu çox sevirlər. Əqrəb bürcü xəyanətkar deyildir. Özü yalançı olmadığı üçün də yalan deyən və saxtakar insanları üzə çıxarmaqda olduqca bacarıqlıdır. Onlar bunu çox tez hiss edirlər. Baxışları insanların içini oxuya bilər. Gözlərinin hədəfində olan insan bütün açıqlığı ilə bir əqrəbin önündədir. Əqrəb bürcünün həyatına müdaxilə edən insan həddindən artıq böyük reaksiya ilə qarşılaşa bilər.

Göstərdikləri bu reaksiya onlar üçün xoş bir hal deyil. Əqrəb bürcünü təsvir etmək olduqca çətindir. Onlar daim əks qütblərdə hərəkət edirlər. Heç bir mövzuda "yarım" və ya "bir az" sözləri onları qane etməyə qadir deyildir. Həyat gücləri olduqca yüksəkdir. Əslində onlar partlamağa hazır bir vulkan kimidirlər. İçlərindəki güc gözlərindən oxuna bilər. Hal və hərəkətlərini idarə etməyi bacarsa belə gözləri onu ifşa edir. Gözlərindən sevgisini və nifrətini anlamaq mümkündür. Hislərinə qapılan bir əqrəb təhlükəli ola bilər. Bu səbəblə hərəkətlərini məntiqlə idarə etməlidir. Həm də daim. Əqrəb bürcündən ya ən yaxşı insanlar, ya da ən pis insanlar çıxır. Onlar üçün ya həmişə, ya heç sözü keçərlidir.

Əqrəb bürcü ikiüzlü və özündənrazı insanlara nifrət edir. Bu cür xüsusiyyətlərə sahib olan insanları da gözdən salmaqdan çox böyük zövq alırlar. Bəzən acıdil və kobud insanlar olurlar. Uzlaşmaq bəzən onlara görə deyildir. Onlar öz inanclarının arxasınca getməyi sevirlər. Diqqət onlar üçün çox önəmlidir. Öz düşüncələrini qəbul etdirmək üçün mübarizə aparmaqdan heç bir zaman çəkinmirlər. /azia.az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Dekabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see408

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see291

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see283

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see278

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see273

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see272

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see269

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see267

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see265

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see264

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see249

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see245

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see241

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see241

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see241

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see241

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see240

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see239

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see238

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri