Icma.az
close
up
RU
Ən qəzəbli 6 bürc Ehtiyatlı olun

Ən qəzəbli 6 bürc Ehtiyatlı olun

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Astrologiyada bəzi bürclər var ki, qəzəblərini idarə etməkdə çətinlik çəkirlər. Kimisi qəfil partlayır, kimisi isə için-için qəzəbini böyüdür. Bu bürclər əsəbiləşdikdə tamamilə tanınmaz hala gələ bilirlər. Astroloji xəritələrdə hər bürc özünəməxsus enerjisi və reaksiyaları ilə fərqlənir. Lakin elə bürclər də var ki, onların hiddət eşiyi olduqca aşağıdır. Kimisi dərhal alovlanır, kimisi isə səbir göstərib uyğun anı gözləyərək qəzəbini üzə çıxarır. 

Yenisabah.az qəzəbli olması ilə diqqət çəkən 6 bürcü təqdim edir:

Qoç 

Alov ünsürlü bürclərdən olan qoç Mars planetinin təsiri ilə düşünmədən hərəkət edən, səbirsiz və çox sürətli reaksiya göstərən bir xarakterə malikdir. Haqsızlığa əsla susmaz, gözlədilməkdən xoşlanmaz. Əsəbi bir anda alovlanar və tez də sönər; amma o qısa müddət ərzində yaşatdıqları unudulmaz olar.

Əqrəb 

Su ünsürünü təmsil edən sirli əqrəb bürcü, qəzəbini asanlıqla büruzə verməz. Amma içində yığdığı incikliklər zamanla vulkan kimi partlaya bilər. Ən çox da xəyanətə qarşı dözümsüzdür. Bir dəfə incidilərsə, onu bağışlamaq demək olar ki, mümkünsüzdür. İntiqam duyğusu olduqca güclüdür.

Şir 

Qürur şir bürcü üçün hər şeydən önəmlidir. Qiymətləndirilməmək, diqqətdən kənarda qalmaq və ya hörmət əskikliyi onun qəzəbini alovlandırır. Diqqət mərkəzində olanda rahatdır; amma laqeydliklə qarşılaşarsa o səhnəni yandıra bilər. Xüsusilə də şərəfi zədələnərsə, özünə nəzarət edə bilməz.

Oğlaq

Səbirli və nizam-intizamlı xarakteri ilə tanınan oğlaq bürcü adətən duyğularını nəzarətdə saxlamağı bacarır. Lakin uzun müddət təzyiq altında qaldıqda sərt və ciddi reaksiya verə bilər. İş həyatında qəzəbini peşəkar görünüşlə ifadə etsə də, təsiri sarsıdıcı ola bilər.

Əkizlər

Zəkası və danışıq bacarığı ilə tanınan əkizlər bürcü əsəbiləşdikdə sözləri silah kimi istifadə edir. Sözlərlə qarşı tərəfi asanlıqla incidir, amma sonra bu davranışına görə peşmanlıq da keçirə bilər. Onun dediklərinin təsiri uzun müddət unudulmur.

Xərçəng

Həddindən artıq həssas və emosional təbiəti ilə tanınan xərçəng bürcü xüsusilə yaxınlarından gələn tənqidlərə qarşı çox tez inciyir. Bu inciklik zamanla duyğusal partlayışa çevrilir. Bəzən göz yaşları ilə, bəzən isə səsini ucaldaraq qəzəbini ifadə edir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 May 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see381

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see368

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see340

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see338

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see304

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see300

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see289

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see216

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see213

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see207

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see202

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see202

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see200

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see190

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see190

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see185

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri