Icma.az
close
up
RU
Ən təcrübəli, ən məhsuldar və ən yaşlı Ozobiçin günahı nə idi?

Ən təcrübəli, ən məhsuldar və ən yaşlı Ozobiçin günahı nə idi?

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Neftçi”nin yollarını ayırdığı 12 futbolçudan biri də Filip Ozobiçdi.

Maraqlıdı ki, heyətdə ciddi dəyişikliklərin tərəfdarı olan azarkeşlərin əksəriyyəti bu ayrılığı sevinclə qarşılamadı. Onlar oyunçunun “ağ-qaralar” üçün vacib fiqur olduğunu, növbəti mövsümdə komandaya fayda verə biləcəyini yazdı və qərarı qınadı.
Bəs paytaxt təmsilçisi Ozobiçlə vidalaşmaqda haqlıdımı? Bu suala cavab axtaraq.
2023-cü ilin yayında “Qarabağ”ı “Neftçi”yə dəyişən yarımmüdafiəçi yeni klubuyla 2 illik müqavilə imzaladı. O, “ağ-qaralar”ın formasını geydiyi müddətdə meydana çıxdığı 70 rəsmi oyunda 16 qol vurub, 13 məhsuldar ötürmə verib. Bəli, 34 yaşı var, amma bu məqam onun başa çatan mövsümdə qeydə alınan göstəricilərinə təsirsiz ötüşüb desək, yanılmarıq.
Belə ki, Ozobiç 2023/24 mövsümündə meydana çıxdığı 37 matçda 8 qol, 8 məhsuldar ötürmə, 2024/25 “futbol ili”ndə şans qazandığı 33 oyunda isə 8 qol, 5 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli yarımmüdafiəçi başa çatan mövsümdə “Neftçi”nin ən, premyer-liqamızın 12-ci məhsuldar oyunçusu olub.
Bu baxımdan “ağ-qaralar”ın Ozobiçlə yeni müqavilə imzalamamasının başlıca səbəbinin yaş olduğunu düşünmək olar. Lakin belədə 32 yaşlı Emin Mahmudov və 29 yaşlı Ramil Şeydayevlə yola davam etmək birmənalı qarşılana bilməz. Axı Ozobiçdən qat-qat çox maaş aldığı bəlli olan futbolçular komanda üçün onun qədər faydalı olmayıb.
Hər halda, baş məşqçi Samir Abasovun heyəti gəncləşdirmək niyyətində olduğu bəllidi. Komandanı indiyə qədər tərk edən futbolçuların yaşına nəzər salsaq, bunun şahidi olarıq. Təki islahatlar fayda versin. Əks halda, Ozobiçin də ahı Samir Abasovun üstündə qalacaq, azarkeşlərin də...
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 İyun 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri