Icma.az
close
up
RU
Ən ucuz gediş haqqı 1 manat 44 qəpik... İstanbulda ictimai nəqliyyatda gediş haqqı 30 faiz artırıldı (QİYMƏTLƏR)

Ən ucuz gediş haqqı 1 manat 44 qəpik... İstanbulda ictimai nəqliyyatda gediş haqqı 30 faiz artırıldı (QİYMƏTLƏR)

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün İstanbul Böyükşəhər Bələdiyyəsi avtobus, metro, metrobüs, mikroavtobus, bərə, taksi və məktəb avtobusları kimi ictimai nəqliyyat vasitələrində gediş haqqının artırlmasına qərar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qərara əsasən, gediş haqları 30 faiz civarında artırılıb.

Qərar sentyabrın 15-dən qüvvəyə minəcək.

İstanbul Böyükşəhər Bələdiyyəsindən (İBB) bildirilib ki, qərara əsasən, ən ucuz avtobus biletin  qiyməti 27 lirədən 35 lirəyə (1 manat 44 qəpik) qalxıb: "Dəniz daşımalarında (gəmi, bərə) Üsküdar-Eminönü marşrutu haqqının 34,20 lirədən 44,33 lirəyə, Kadıköy-Eminönü və Kadıköy-Beşiktaş marşrut haqqının 38,11 lirədən 49,40 lirəyə, Bostancı-Eminönü marşrutu üzər gediş haqqı isə 100 lirədən130,22 lirəyə qədər yüksəlib.

Mikroavtobuslarda ən qısa məsafə üçün minib-düşmə haqqı 4 kilometrə qədər olan məsafələr üçün 25 lirədən 32,50 lirəyə, 4 ilə 7 kilometr arasındakı məsafələr üçün 26 lirədən 34 lirəyə, 11 ilə 15 kilometr arası məsafələr üçün 28 lirədən 36 lirəyə, 15 ilə 20 kilometr arasındakı məsafələr üçün 30 lirədən 39 lirəyə, tələbələr üçün 16 lirədən 21 lirəyə qədər qalxıb. Taksi xidmətində isə oturan kimi sayğacların açılması 42 lirədən 54,50 lirəyə, kilometrə görə məsafə haqqının 28 lirədən 36,30 lirəyə, qısa məsafə üçün isə mindi-düşdü haqqı 135 lirədan 175 lirəyə qalxıb".

Türkiyə mətbuatı yazıb ki, Ərdoğanın lideri olduğu AK Partiyanin bələdiyyədəki məclis üzvləri qərara qarşı çıxsa da, CHP-lilərin hakim olduğu bələdiyyə qərarın qəbuluna səs çoxluğu ilə nail olub.

AK Partiyanın Məclis qrupundan bildirilib ki, gediş haqqının qaldırılması üçün heç bir əsas olmayıb

Firidin Səfərli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Sentyabr 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see301

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see217

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see214

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see180

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see161

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see159

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri