Icma.az
close
up
RU
“Ən vacib məqam ABŞ və Çin arasında enerji ticarətinə dair niyyət bəyanının olmasıdır”

“Ən vacib məqam ABŞ və Çin arasında enerji ticarətinə dair niyyət bəyanının olmasıdır”

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

“ABŞ və Çin liderləri - Tramp və Si Cinpinin görüşü dünyanın nüvə müharibəsi təhdidi ilə üzləşdiyi, Rusiya-Ukrayna müharibəsinin yeni bir mərhələyə keçid edərək bütün dünyanı əhatə etmə təhlükəsi yaratdığı kritik bir anda gerçəkləşdi. Yəni bu görüş sadəcə iki ölkə arasında ticarət savaşları ilə bağlı deyildi. Görüşün yekunlarına dair müsbət rəylərin olduğunu demək olar. Tramp bunu “10 ballıq şkala üzrə 12 ballıq görüş” olaraq xarakterizə etdi. Bu o demək idi ki, açıqlanan məsələlərlə yanaşı, açıqlanmayan məsələlərdə də müəyyən konsensusa gəlinib. Lakin bu razılıqlar hələ tam olaraq sazişin əldə olunması demək deyil. Tərəflər bir-birinə 1 il vaxt verdilər və gələn il dünyanın iki əsas gücünün qarşılıqlı səfərlərində müvafiq sazişlər imzalana bilər”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

O bildirib ki, qarşıdakı bir ildə isə qarşılıqlı sanksiyalar azaldılacaq: “Yəni Çin ABŞ-dən ildə 1 milyard dollarlıq soya idxalına, həmçinin yüksək texnologiyaların istehsalında istifadə olunan nadir torpaq metallarının Çindən ABŞ-yə ixracına qoyduğu qadağaları götürür, əvəzində ABŞ Çinə tətbiq etdiyi tarifləri 57%-dən azaldaraq 47% həddində saxlayır, həmçinin ABŞ Çinə yüksək investisiyalarla bağlı vədlər verir (nəzərə alsaq ki, çoxsaylı qlobal şirkətlər ticarət savaşları fonunda Çini tərk etməkdə idi, bu qərar onların geri qaytarılmasına imkan verəcək) əvəzində Çin Latın Amerikasına fentanilin (narkotik maddələrin hazırlanmasında istifadə olunur) qeyri-qanuni ixracına nəzarət edərək bunu məhdudlaşdıracağı öhdəliyi götürür, başqa sözlə, Latın Amerikasında liderlik pozisiyası ABŞ-yə keçir, artıq Venesuelada rejim dəyişikliyi an məsələsinə dönür). Ən vacib məqam isə ABŞ və Çin arasında enerji ticarətinə dair niyyət bəyanının olmasıdır. Başqa ifadə ilə tərəflər qərara gəlib ki, gələn il böyük həcmli neft-qaz sazişi imzalasınlar. Bununla Çin ABŞ-dən (Alyaskadan) neft-qaz idxalına start verəcək”.

Ş.Cəlilzadə qeyd edib ki, ümumilikdə Qərbin istəyi o idi ki, ABŞ-nin Çinə iqtisadi təzyiqləri nəticəsində Çinin Rusiyadan neft-qaz idxalının durdurulmasına yaxud azaldılmasına dair qərarlara nail olunsun: “Lakin bu məsələ, ümumiyyətlə, görüşdə müzakirə olunmadı. Bunun əvəzində Trampdan “Ukrayna və Rusiyaya savaşmağa imkan vermək lazımdır” şəklində, yəni “nə qədər istəyirlər savaşsınlar, əsas odur ki, müharibə bu iki ölkənin sərhədlərindən kənara çıxmasın və Avropaya, o cümlədən ABŞ-yə yayılmasın” tərzində açıqlama gəldi. ABŞ və Çinin ümumi razılaşmasını məhz bu istiqamətdə xarakterizə etmək olar. ABŞ və Rusiyanın nüvə sınaqlarını elan etdiyi və dünyanın nüvə müharibəsi təhdidi ilə üzləşdiyi bir vaxtda hər iki qlobal güc Rusiya-Ukrayna müharibəsinin dünya müharibəsinə çevrilməməsində həmfikirdirlər. Odur ki, qarşıdakı ildə ABŞ həqiqətən də Rusiyanın hərb maşınını maliyyə resursları ilə təmin edən Rusiya-Çin enerji ticarətinə alternativ olaraq Çin-ABŞ enerji ticarətini formalaşdırmağa qadir olarsa, bu, Rusiyanın məğlubiyyətinə gətirə bilər. Lakin bunu demək hələ ki, tezdir. Nəticə olaraq, ABŞ və Çin arasında ticarət savaşı müəyyən razılaşmalar əsasında durduruldu, lakin Rusiya-Ukrayna müharibəsinin ən azı 1 il daha davam edəcəyi aydındır. Həmçinin Çinin “qırmızı xətti” olaraq bilinən Tayvan məsələsinə bu görüşdə toxunulmaması ABŞ-nin Çinlə razılaşma yolunda olduğunu nümayiş etdirir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri