Icma.az
close
up
RU
Ən yaxşı futbolçuların istirahəti yoxdur Klopp narazıdır

Ən yaxşı futbolçuların istirahəti yoxdur Klopp narazıdır

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp klublararası dünya çempionatının və yay aylarında keçirilən digər turnirlərin futbolçulara yaratdığı əlavə yüklənmədən narahatlığını ifadə edib.

QOL.az xəbər verir ki, o, bu barədə "The Atletiko"ya istinadən məlumat yayır.

Alman mütəxəssisin sözlərinə görə, futbolçuların məşqləri və oyun proqramları onsuz da kifayət qədər intensivdir və əlavə yarışlar onların fiziki və psixoloji sağlamlığına zərər vurur:

“Futbolçulardan nə gözləmək lazım olduğunu bilirəm. Bilirəm ki, məşqlər nə qədər intensiv ola bilər. Biz həmişə daha çoxunu tələb edirik. Amma bir nöqtədə bu oyunun mövcudluğu üçün vacib olan azsaylı insanlara – futbolçulara qayğı göstərməliyik.”

O, bu yay keçirilmiş klublararası dünya çempionatına da münasibət bildirib. Klopp turnirin qalibi olan “Çelsi”ni təbrik etsə də, həmin yarışa baxmadığını deyib:

“Əminəm ki, bu möhtəşəm bir turnir olub. Amma mən ona baxmadım. "Çelsi" qələbəyə inanılmaz dərəcə sevinmişdi. Əla, çoxlu pul qazandılar. Amma bu belə davam edə bilməz”.

Klopp yay aylarında yeni turnirlərin təşkilinin dayandırılmasını zəruri hesab edir: “Yay tətili dövründə yeni turnirlər təşkil etməyə son qoymaqdan başqa çıxış yolu yoxdur. Dünyanın ən yaxşı futbolçularının heç bir istirahəti yoxdur. Həyatın başqa heç bir sahəsində siz belə etməzdiniz. Təsəvvür edin ki, ən yaxşı sənətçini hər axşam səhnəyə çıxarırsınız, ta ki o yıxılana qədər. Sonra da deyirsiniz: "Bağışlayın, o artıq diqqətini cəmləyə bilmir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://qol.az
archiveBu xəbər 30 Sentyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri