Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Ən yaxşısı uşaqları internetdən uzaq tutmaqdır ŞƏRH

Ən yaxşısı uşaqları internetdən uzaq tutmaqdır ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Hazırda bir çox sosial şəbəkələrdə təhlükəli ssenarilər təklif olunur 


Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub.

DİN-in Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib. Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur.

E.Hacıyev vuğulayıb ki, valideynlərə tövsiyə edirik, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onların hansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var: “Valideynlər bilməlidir ki, internet təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatı azyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısına çevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, “mənim övladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”.

E.Hacıyev əlavə edib ki, DİN tərəfindən respublikanın ali və orta təhsil məktəblərində tələbələrin, şagirdlərin zərərli vərdişlərdən çəkindirilməsi, təhsilə təşviq edilməsi istiqamətində kompleks iş aparılır. Heç bir çağırışa polis tərəfindən etinasız yanaşılmır.

Bəs, məktəbyaşlı uşaqların internetdən istifadəsində valideyn nəzarəti necə olmalıdır?


 Bu barədə “Sherg.az”ə danışan informasiya-kommunikasiya  texnologiyaları üzrə mütəxəssis, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov valideynin övladlarının internetdən istifadəsinə nəzarət etməsinin çox önəmli məsələ olduğunu deyib. İKT üzrə mütəxəssisin sözlərinə görə, bir çox ölkələrdə azyaşlıların internetdən istifadəsi ilə bağlı qaydalara yenidən baxılır: 

“Bu proses hələlik ölkəmizdə qanunvericilik səviyyəsində tənzimlənməsə də, azyaşlıların internetdən istifadəsinin ancaq valideyn nəzarəti ilə mümkün olması tövsiyə olunur. Bunun üçün də sosial şəbəkələrdə yaş kateqoriyasına uyğun qaydalar var. 

Qeyd edim ki, sosial şəbəkələrdə müəyyən yaşa qədər mesajlaşma bölməsi açıq olmur. Düzgün qeydiyyat aparılıbsa, yeniyetmə 15-16 yaşına qədər söhbət bölməsindən istifadə edə bilmir. Valideyn övladının burada qeydiyyatdan keçməsinə nəzarət etməlidir. Uşaqlar kibergigiyena qaydalarından da xəbərdar olmalıdır ki, daha sonra təhlükə ilə üzbəüz qalmasınlar, nəyinsə qurbanı olmasınlar. Hesab edirəm ki, valideyn əgər azyaşlı uşaqlarının internetdən istifadəsinə imkan verirsə, mütləq öz ad-soyadına profil olmalıdır ki, feyk profillərdən, ya da valideynin profilindən istifadə etməsinlər. Valideynin profilindən istifadə etdikdə istər-istəməz onun qarşısına valideynin baxdığı kontentlər çıxacaq. Sosial şəbəkələrdən istifadə edən uşaqlar mütləq öz adı və doğum tarixi ilə hesab açmalıdır”. 

Azyaşlıların internetdən və sosial şəbəkələrdən istifadəsinin, ümumiyyətlə, tövsiyə olunmadığını vurğulayan ekspert deyib ki, bütün qlobal təhlükələr demək olar ki, ancaq internet və sosial şəbəkələr üzərindən yayılır: “Əvvəllər təhlükəli trendlər yazılı reklamlar vasitəsilə yayılırdısa, indi bu, internet, xüsusən də sosial şəbəkələrdə baş verir. Valideynlər övladlarını mənəvi və psixoloji sağlam böyütmək üçün mütləq onların internet resurslarından istifadəsinə xüsusi diqqət ayırmalıdırlar. Ailəqoruma proqramları ilə telefonlara, kompüter və planşetlərə nəzarət mümkündür. Həmçinin onlarla maarifləndirici söhbətlər aparılmalıdır”.

Ailə qoruma proqramlarına toxunan E.Abbasov qeyd edib ki, bunlar həm ayrıca tətbiqlər şəklində, həm də “Microsoft”un, “Android”in və digər böyük sistemlərin tərkibində var: “İnsanlar bilməlidirlər ki, hazırda bir çox sosial şəbəkələr müxtəlif təkliflər təqdim edir. Burada təhlükəli ssenarilər də var. Ona görə də ən yaxşısı uşaqları internetdən uzaq tutmaqdır, əgər valideynlər uşaqlarının sosial şəbəkələrdə vaxt keçirməsini istəyirsə, dediyim kimi, uşaqların  öz adlarına açılmış profilləri olmalı və mütləq şəkildə valideyn nəzarət proqramlarından istfadə olunmalıdır. Əks halda uşaqlar psixoloji və sosioloji təsirlərə məruz qala bilərlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Fevral 2025 03:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see474

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see443

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see320

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see317

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see268

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see252

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see237

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see233

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see226

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see220

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see219

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see217

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see215

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see203

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see201

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see198

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see194

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri