Ender Saraç: Arıqlamaq istəyən şəxslər mütləq qan analizi verdikdən sonra diyetaya başlamalıdırlar
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Arıqlamaq istəyən şəxslər mütləq qan analizi verdikdən sonra diyetaya başlamalıdırlar".
Oxu.Az xəbər verir ki, bunu uzman doktor Ender Saraç Bakıda "Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, müayinə aparılmadan edilən diyeta metabolizmin pozulmasına gətirib çıxarır:
"Qan analizi verilmədən, düzgün arıqlamadıqda əzələ və sümükdən çəki itirilir, lakin piy kütləsində azalma olmur".
Ender Saraç qeyd edib ki, arıqlamağa qərar verdikdə zehni olaraq buna hazır olmaq lazımdır:
"Şəkər asılılığı ciddi problemdir. O, hətta spirtli içki qədər zərərli bir vərdişdir. Zehni olaraq arıqlamağa hazır olmadan itirilən çəki bir müddət sonra geri qayıdır".
O, əlavə olaraq vurğulayıb ki, qadınlarda qarın nahiyəsinin maksimal standart ölçüsü 88 sm, kişilərdə 94 sm olmalıdır.
Həkim metabolizmin yaxşı funksiyası üçün vacib olan bir neçə təbii üsulları da bölüşüb:
"Darçın, yaşıl çay, sarıkök, zəncəfil çox faydalı bitkilərdir. Arıqlamaq istəyənlər yaşıl çayı darçın çubuğu ilə birlikdə dəmləyib içsələr, müsbət təsirini görəcəklər.
Həmçinin zəncəfil və sarımsaqlı çay arıqlamağa kömək etməklə yanaşı, bakterial xəstəliklərdə, qan təzyiqi problemləri olduqda yaxşı təsir edir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 24 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















