Icma.az
close
up
RU
Endirimlər və ya qara cümə psixologiyanızı belə ələ keçirir

Endirimlər və ya qara cümə psixologiyanızı belə ələ keçirir

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Yəqin ki, çoxunuz, ehtiyac olmadığı halda alış-verişə getmisiniz və ya yeni şeylər almaq istəyinə qapılmısınız.

Türkiyəli psixoloq Serkan Yükcü alış-veriş asılılığı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

O bildirib ki, “Qara Cümə” və “çılğın noyabr” genişmiqyaslı endirim kampaniyaları istehlakçıların alış-veriş davranışlarını istiqamətləndirmək üçün hazırlanmış effektiv marketinq strategiyalarıdır.

Mütəxəssisin sözlərinə görə, insanların alış-veriş instinktlərini aktivləşdirən bu psixoloji strategiya 2 amilə əsalanır: qıtlıq və fürsəti qaçırmaq qorxusu.

"Qara Cümə" və noyabr endirimləri zaman baxımından məhdud olduqları üçün alıcılar fürsəti əldən verməkdən qorxurlar. Bu vəziyyətə psixologiyada “fomo” deyilir. Bu hiss nəticəsində insanlar tez alış-veriş edir və bu zaman ehtiyacı olub-olmadığına baxmır.

Böyük satışlar zamanı çox sayda insanın alış-veriş etməsi istehlakçılarda sosial sübut effekti yaradır".

Sosial sübut nədir?

S.Yükcü deyir ki, sosial sübut başqalarının davranışlarını müşahidə edərək istiqamət qazanma meylidir:

"Onlayn ticarət platformaları məhsulların altına istifadəçi şərhləri, ulduz qiymətləndirmələri və ya “X şəxs bu məhsulu aldı” kimi məlumatları əlavə etməklə istehlakçının məhsula olan etibarını artırır. Bu, insanların başqalarının seçimlərini təsdiqləmək və özünü cəmiyyətin bir hissəsi kimi hiss etmək istəyinə əsaslanır.

Ətrafdakıların çox alış-veriş etdiyini görən insanlar düşünür ki, bu fürsəti əldən vermək olmaz.

Sosial şəbəkələrdə tez-tez alış-verişlə bağlı edilən paylaşımlar da bu effekti artırır və kampaniyaların yayılmasına şərait yaradır. İstehlakçılar başqalarının etdiyi seçimləri rəhbər tutmağa meyllidirlər".

Zərərdən qaçma tendensiyası

"İnsanlar ümumiyyətlə, əldə edə biləcəkləri qazanclardan daha çox itkilərdən qaçmağa meyllidirlər. “Qara cümə” kimi endirimlər zamanı alış-veriş etməklə “qənaət” hissi yaranır. Bir məhsulun normal dəyərindən çox aşağı qiymətə alına biləcəyi fikri insanlarda fürsətdən istifadə etmək istəyi yaradır. Bu, qaçırıla biləcək mənfəət kimi qəbul edildiyi üçün istehlakçının alış-veriş motivasiyasını artırır.

Xüsusilə “məhdud sayda” və “bu gün son gündür” kimi ifadələr alıcının tez qərar verməsini təmin edir. Onlar düşünmək əvəzinə hərəkətə keçir" - mütəxəssis söyləyib.

Özünü mükafatlandırma

Psixoloq həmçinin əlavə edib ki, endirim dövründə insanlar özlərini mükafatlandıraraq istəyib ala bilmədikləri məhsulları əldə edirlər:

"Noyabrda baş verən böyük endirimlər insanların özlərini mükafatlandırmaq istəyini də oyadır. Gərgin bir ildən sonra böyük endirim dövrləri insanlara özlərini əzizləmək və ya mükafatlandırmaq imkanı verir. “İndi almasam, sonra baha olacaq” düşüncəsi ilə insanlar alış-verişdən zövq almaqla yanaşı, ehtiyac duyduqları və ya istədikləri məhsulları sərfəli qiymətə almanın xoşbəxtliyini də hiss edirlər.

Onlayn ticarət platformaları da endirim kampaniyaları zamanı psixologiyadan səmərəli istifadə edərək alıcıların qərarlarına təsir göstərir". \\Ölkə.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Noyabr 2024 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri