Icma.az
close
up
RU
Saxta endirimlər möhtəşəm endirimlər adı altında baş verir İqtisadçı

Saxta endirimlər möhtəşəm endirimlər adı altında baş verir İqtisadçı

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

“Möhtəşəm endirimlər" əslində tələdir, alıcılar detallara baxmadığı üçün uduzur

Marketlər, alış-veriş mərkəzlərində endirim kampaniyaları əvvəllər bayramlar ərəfəsində, hansısa əlamətdar günlərdə keçirilirdisə, artıq mütəmadi xarakter alıb. Ayın əvvəli, ortası, sonu fərq etmir, endirim kampaniyalarının ardı-arası kəsilmir. Alıcılar isə endirim kampaniyalarına çox da inanmır.

Belə qənaət formalaşıb ki, endirimli qiymət əslində mal və məhsulların əsil qiymətləridir, amma sahibkarlar digər vaxtlarda süni olaraq yüksək qiymət təyin etdikləri məhsullara bəzi vaxtlar guya ki endirim edərək nisbətən ucuz qiymətə satışa qoyur, "Möhtəşəm fürsət! Qaçırmayın" reklam çağırışları ilə müştəri cəlb edilər. 

İqtisadçı Rauf Qarayev "Sherg.az"a açıqlamasında qeyd etdi ki, saxta endirimlər "möhtəşəm endirimlər" adı altında baş verir: 

- Bildiyiniz kimi, bir çox marketlər öz ad günlərinə özəl endirimlər edir. Apardığımız araşdırmalar onu göstərir ki, burada bir çox manipulyasiya hallarına rast gəlinir. Məsələn, endirimdə olan malın qiyməti super endirimlər günü başlayanda qaldırılır, nəinki endirilir. Amma rəflərdə qeyd olunur ki, 50 faiz endirimdir. Azərbaycanda marketoloqlar müxtəlif aldadıcı üsullara əl atsalar da, bir şeyi unutmamalıdılar ki, marketlərə müxtəlif peşə sahibləri də girib mal alırlar. Onlar ağı qaradan seçməyi marketoloqlardan yaxşı bacarırlar.

Məsələ burasındadır ki, marketoloqlar ümumi plan üzrə işlədiyindən bu hadisələr bütün marketlərdə baş verir. Eyni qablaşdırmada olan malın qiyməti bir rəfdə endirimli qiymətlədir, digər rəfdə endirimsiz qiymətdədir. Aralarında fərq çəkidədir. Çəkisi 30 faiz çox olanla, endirimdə olan fərqi qiymət baxımından 5 faizdir. Alıcı detalallara fokuslanmır, yalnız malın qiymətinə baxır. Bu baxımdan maarifləndirmə də düzgün formada aparılmır. Çoxları endirimli qiymətə baxır, amma aldığı mala diqqət yetirsə hər şeyi daha yaxşı görünər. Nəticədə daim aldadılan alıcı, narazı olsa da yenə tələyə düşür. Bu tələ onun cibinə təsir edir. Bəzi hallarda sahibkar daha irəli getmək üçün işçilərinə tapşırıq verir. Kassa qiyməti ilə rəf qiyməti arasındakı fərqin səbəbkarı da marketin sahibidir. Əgər belə hallar daim təkrarlanırsa, demək burada günahı rəhbərlikdə axtarmaq lazımdır. Biznes özü-özlüyündə yalan üzərində qurulmasa orada qazanc olmaz. Məsələ budur ki, burada rəqabət mühitinə uyğun iş aparılarsa bu yalanların sayı da kütləvi olmaz. Əksər yerlərə baxanda marketlərdə məhsulların qiyməti bir-birindən fərqli deyil. Şəxsin özünün yetişdirdiyi, istehsal etdiyi məhsulda qiymət aşağı ola bilər. Bu o deməkdir ki, endirim arxasınca qaçmaq bir tərəfdən vaxt itkisidir. Bütün iri marketlərin tətbiqi proqramları var, müştəriyə nəsə lazımdırsa bu proqramda müqayisə edib, öz seçimini edə bilər. Bir sıra hallarda market sahibləri bu proqram vasitələrində də qiymətləri yeniləmir ki, müştəri birbaşa marketə gəlsin. Bu formada proqramları işlədənlər var. Çıxış yolu nədir, diqqətli olmaq. Bəzən belə ifadə də el arasında gəzir, aldadıram, çalış aldanma. İstəmirsinizsə zəhmətlə qazandığınız pul boşuna getsin, diqqətli olun.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Aprel 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri